5 avqust 2015 18:00

Sumqayıt mövsümlərarası fasilədə necə hazırlaşdı?

Yeni mövsümün hazırlğının son mərhələsində olan "Sumqayıt" Premyer Liqanın ilk turunda səfərdə "Rəvan"ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, bu qarşılaşma avqustun 10-da "Bayıl Arena"da baş tutacaq və saat 21:00-da start götürəcək.

Qısaca da olsa, "Sumqayıt"ın mövsümlərarası fasilədəki hazırlıq prosesinə nəzər salaq. Komanda Aqil Məmmədovun rəhbərliyi altında iyulun 1-də bir araya gəlib. Təlim-məşq toplanışının ilkin mərhələsi zamanı "Sumqayıt" daha çox fiziki hazırlıq üzərində çalışıb.

İlkin mərhələ zamanı "Sumqayıt" 3 yoxlama oyunu keçirib. İlk qarşılaşmada "Dalğa Arena"da "Kəpəz"ə minimal hesabla məğlub olan komanda ardından 19 yaşadək futbolçulardan ibarət milli komandamıza 2:1 hesabı ilə qalib gəlib. Bu oyunda yeni transfer Ağabala Ramazanov və Vurğun Hüseynov fərqlənib. Daha sonra "Sumqayıt"  AZAL-la doğma arenada keçirilən görüşdə sülh bağlayıb (2:2). Bu oyunda Ağabala Ramazanov dubl edib.

İyulun 15-dən etibarən isə "Sumqayıt" 10 günlük təlim-məşq toplanışına start verib. Novxanı qəsəbəsində yerləşən "Olimpik" otelində məskunlaşan komanda məşqlərini gündə iki dəfə olmaqla "Kapital Bank Arena"da keçirib. Təlim-məşq toplanışı zamanı "Sumqayıt" 4 yoxlama oyununda qüvvəsini sınayıb. Əvvəlcə 1-ci divizionun qalibi "Neftçala" ilə qolsuz heç-heçə edən Aqil Məmmədovun rəhbərlik etdiyi komanda daha sonra "Ağsu" üzərində 2:1 hesablı qələbə qazanıb. Bu oyunda Nuran Qurbanov və Uğur Pamuk hərəyə bir dəfə fərqlənib. Ardından əvəzedici komandanı sınağan çəkən "Sumqayıt" 5:1 hesablı qələbə qazanıb. Komanda son hazırlıq oyununda isə AZAL-la səfərdə 3:3 hesablı heç-heçəyə imza atıb. Bu qarşılaşmada Pərdis Fərcad-Azad, Ağabala Ramazanov və Vurğun Hüseynov fərqlənib.

Qeyd edək ki, "Sumqayıt" mövsümlərarası fasilədə 1 neçə futbolçunu heyətinə qatıb. Gənclik şəhəri təmsilçisi Ağabala Ramazanov, Emin Mehtiyev, Nuran Qurbanov, Elnur Abdulov, Tural Abbaszadə, Ayaz Mehdiyev, Amit Quluzadə kimi futbolçularla güclənib. Bundan başqa, "Sumqayıt" öz futbolçuları, Şahrudin Məhəmmədəliyev, Tərlan Əhmədli, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Nodar Məmmədov, Tofiq Mikayılov və kapitan Aleksandr Çertoqanovla yeni müqavilə imzalayıb.

"Sumqayıt"ın keçirdiyi yoxlama oyunları

"Kəpəz" - "Sumqayıt" FK 1:0
("Dalğa Arena" / 05.07.2015)

"Sumqayıt" FK - U-19 millisi 2:1
("Kapital Bank Arena" / 09.07.2015)

"Sumqayıt" FK - AZAL 2:2
("Kapital Bank Arena" / 11.07.2015)

"Sumqayıt" FK - "Neftçala" 0:0
("Kapital Bank Arena" / 17.07.2015)

"Sumqayıt" FK - "Ağsu" 2:1
("Kapital Bank Arena" / 23.07.2015)

"Sumqayıt" FK - Əvəzedici komanda 5:1
("Kapital Bank Arena" / 29.07.2015)

AZAL - "Sumqayıt" FK 3:3
("AZAL Arena" / 01.08.2015)

(klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.