5 avqust 2015 17:20

Murad Ağakişiyev: Hamımız çalışacağıq ki, Kəpəzi layiqincə təmsil edək

“Kəpəz”in qarşıdakı mövsüm üçün heyətinə qatdığı futbolçulardan biri də Murad Ağakişiyev oldu. Azerisport.az xəbər verir ki, Bakıda və Ərzurumda keçirilən təlim-məşq toplanışlarında, eləcə də yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərməyi bacaran yarımmüdafiəçi Nizami yurdunun təmsilçisi ilə bir illik müqavilə bağlayıb.

Klubun mətbuat xidmətinə açıqlama verən Ağakişiyev “Kəpəz”dəki vəziyyətindən məmnunluğunu ifadə edib: “Komanda yenidən qurulsa da, hər şey yüksək səviyyədədir. Baş məşqçimiz və klub rəhbərliyi futbolçular üçün əlindən gələni edir. Bura yığışdığımız ilk gündən verilən tapışırıqları yerinə yetirməyə çalışırıq. Başımızı aşağı salıb üzərimizə düşən işi görürük”.

Futbolçu Premyer Liqanın startı haqda da fikirlərini bölüşüb: “İlk turda kiminlə oynayacağımız məlumdu. Rəqibimiz “Neftçi”dir. Ümumiyyətlə, çempionatın ilk turu rəqibin kimliyindən asılı olmayaraq həmişə çox çətin olur. Güclü və ya zəif olmasına baxmayaraq bütün rəqibləri eyni səviyyədə görmək lazımdır. Çempionata yaxşı hazırlaşmışıq. Bizim kimi məşqçilər korpusu da hazırlığımızın daha yaxşı olması üçün durmadan işləyir”.

Murad Ağakişiyev karyerasında ikinci dəfə “Kəpəz”də oynamaq imkanı qazanıb. Bir neçə il bundan öncə müəyyən səbəblərə görə debüt etmədən komandamızdan ayrılan orta xətt oyunçusu bu dəfə ki, keçidinin uğurlu alınacağına ümidlidir: “Allahın köməkliyi ilə bu mövsüm mənim üçün “Kəpəz”də uğurlu olar. Gəncə klubu ölkənin sayılıb-seçilən komandalarındandır. Tarixi kökü, titulları var. Həmişə göz qabağında olan klubdur. Hamımız çalışacağıq ki, “Kəpəz”i layiqincə təmsil edək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.