5 avqust 2015 17:00

Vəli Qasımov: Qarabağla Qəbələnin mərhələ keçəcəyinə inanıram

"Neftçi"nin idman direktoru Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın Şotlandiya "Seltik"ini keçəcəyinə inanırsınız?
- Bu çox çətin olacaq. "Seltik" təcrübəli komandadır, yaxşı futbol sərgiləyir. "Qarabağ" səfər oyununda bu komandaya uduzub. Mənə elə gəlir ki, Ağdam klubuna asan olmayacaq.

- Növbəti mərhələyə adlamaq üçün "Qarabağ" mütləq qol vurmalıdır...
- Xarakter nümayiş etdirmək, təcrübədən yararlanmaq lazımdır. Düzdür, "Qarabağ" da indi yaxşı formadadır, böyük klublarla yaxşı oynamağı bacarır. Amma "Seltik" dünyagörmüş komandadır. Bu üzdən də konkret proqnoz verməkdə çətinlik çəkirəm. Sadəcə, maraqlı oyun olacağını düşünürəm. Açıq, çox qollu oyun gözləmirəm. Hər iki komanda ehtiyatlı oyun göstərməyə çalışacaq.

- Sizcə, "Qarabağ" "Seltik" kimi rəqibə iki cavabsız qol vura bilər?
- Oyun evdə, azarkeşlərin gözü qarşısında keçiriləcək. "Qarabağ"ın müdafiədə oturmağı xoşlamadığını hər kəs bilir. Komanda qol vurmağa, rəqib müdafiəsini gərginlikdə saxlamağa çalışacaq. Ağdam klubu rəqib müdafiəsindəki boşluqlardan yararlanmağa cəhd göstərəcək. "Seltik"in nə dərəcədə belə boşluqlar buraxacağını isə oyun göstərəcək.

- Sizcə, bu cütün taleyini hansı futbolçu həll edə bilər?
- Hazırda ən yaxşı formada olan futbolçu Reynaldodur. Mümkündür ki, o, bu matçın taleyini həll etsin.

- Havanın isti, qazonun pis vəziyyətdə olması "Seltik"ə nə dərəcədə mənfi təsir edə bilər?
- Mənə elə gəlir ki, bunların sərgilənəcək futbolla əlaqəsi yoxdur. Çünki hər iki komanda eyni şərtlər altında oynayacaq.

- "İnter"in İspaniya "Atletik"ini keçəcəyinə çox az adam inanır. Bəs siz?
- Əlbəttə, "İnter"ə çox çətin olacaq. Komandanın bu qədər irəliləməsinin özü də bir uğurdur. Onlar hətta "Atletik"ə uduzsalar da, bu, böyük problemə çevrilməyəcək.

- Səfərdə Kipr "Apollon"u ilə sülh bağlamış "Qəbələ" bu rəqibini keçə bilər?
- "Qəbələ" səfərdə yaxşı oynadı. Baş məşqçi rəqib komandanı yaxşı analiz etmişdi. Ona görə də belə hesab qeydə alındı. "Qəbələ"nin mərhələ keçmək üçün çox yaxşı şansı var. Üstəlik, "Apollon"un "Qəbələ"dən daha səviyyəli komanda olduğuna dair fikirlərlə də razı deyiləm. "Qəbələ" bu komandanı da keçə bilər, pley-offdakı rəqibini də. Mən "Qarabağ"la "Qəbələ"nin mərhələ keçəcəyinə inanıram. Həm də bunu çox istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.