5 avqust 2015 16:40
Neftçi - Kəpəz matçı üçün biletlər satışa çıxarıldı
Premyer Liqanın 1-ci turunda keçiriləcək “Neftçi” - “Kəpəz” matçının biletləri bu gün satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Biletlərin qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN-dir.
Xatırladaq ki, avqustun 9-da “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq.
