5 avqust 2015 15:20
Qarabağ mərkəzi arenanı bayraqlarla bəzədi
Bu gün Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubu ilə cavab oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, bu oyuna azərbaycanlı azarkeşlər tərəfindən böyük maraq var.
Artıq oyun üçün satışa çıxarılan bütün biletlər alınıb. Klub rəhbərliyi komandanın tarixi əhəmiyyət daşıyan bir oyunda güclü dəstəyə malik olacağına inanır.
Yeri gəlmişkən, ağdamlılar bu oyunda azarkeşlər üçün də xüsusi addım atıb. Belə ki, stadionun bütün tribunalarında "Qarabağ"ın emblemi əks olunan bayraqlar düzülüb. Oyun zamanı hər bir fanatın əlində komandamızın bayrağı olacaq ki, bu da tribunalara xüsusi bir rəng qatacaq.
Qeyd edək ki, "Qarabağ" - "Seltik" matçı saat 21:30-da start götürəcək.
