5 avqust 2015 13:30

Skott Braun: Qarabağı qol buraxmadan cəzalandıra bilərik

Şotlandiyanın "Seltik" klubunun kapitanı Skott Braun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:

"Erkən qol vursaq, çox yaxşı olardı. Eyni zamanda komanda olaraq yaxşı müdafiə olunmalıyıq. Qol buraxmadan fərqlənəcəyimizə inanırıq. Müdafiəyə də, yarımmüdafiəyə də, hücuma da inanmaq lazımdır. Hər kəs öz işini layiqincə görsə, müsbət sonluğa ümid edə bilərik".

Rəqibin kapitanı "Qarabağ" haqda da danışıb: "Qarabağ" çox texnikalı komandadır. Heyətində bacarıqlı futbolçular var. Onlar həm fərdi, həm də komanda oyunu ilə yaxşı təsir bağışlayırlar. Amma bizim komanda da ÇL-in digər iştirakçıları qədər yaxşı kollektivə malikdir. Sadəcə, bunu növbəti dəfə sübut etməyimiz lazımdır".

Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda qazonun ideal vəziyyətdə olmamasına toxunan Skott bunları dilə gətirib: "Mən analoji şərtlər altında bir neçə dəfə oynamışam. Məsələn, gənclərdən ibarət Şotlandiya yığmasının heyətində Makedoniyada çıxış edərkən. Özü də həmin oyun günortanın istisində keçirilmişdi. Bu, heç də xoş deyildi. Amma biz hər şeyin öhdəsindən gəlməyi bacarmalıyıq".

Braunun sözlərinə görə, onun komandası uğur qazanmaq üçün ilk növbədə "Qarabağ"ın istədiyi kimi oynamasına mane olmalıdır: "Oyuna, topa nəzarəti öz əlimizdə saxlamağa çalışmalıyıq. Matçda diqtə edən tərəf olsaq, "Qarabağ"ın çox şansı olmaz".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.