5 avqust 2015 12:20
MY və Arsenal Qarabağın rəqibi olan komandanı zəiflətmək istəyir
Şotlandiyanın "Seltik" klubunun müdafiəçisi Vircil van Deyk İngiltərə Premyer Liqasında çıxış edən klubların maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, "Sauthempton" ona görə 10 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Amma hollandiyalı müdafiəçi ilə daha nəhəng "Mançester Yunayted" və "Arsenal" klubları da yaxından maraqlanır.
Qeyd edək ki, "Seltik" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq.
