5 avqust 2015 11:40

Şəhriyar Rəhimov: Yoxlama oyunlarındakı qələbələr Kəpəzdə özünəinam yaratdı

“Kəpəz”in futbolçusu Şəhriyar Rəhimovun klubun mətbuat xidmətinə müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Şəhriyar, çempionata hazırlıq necə gedir?
- Məncə, hər şey plana uyğun gedir. Məşqçilər korpusunun nəzərdə tutduğu plan üzrə hazırlaşmışıq. Həm Bakıdakı, həm də Türkiyədəki toplanış komandanın xeyrinə oldu. Əvvəlcə fiziki, sonra isə taktiki və texniki cəhətdən hazırlaşdıq. Bir-birimizə uyğunlaşmağa çalışdıq. Yeni komandayıq deyə uyğunlaşma sarıdan problem vardı. Allaha şükür, bunların hamısını aradan qaldırdıq. Çalışacağıq ki, çempionata uğurlu start verək. Yaxşi nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- “Kəpəz” yoxlama oyunlarında uduzmadı və əsasən qələbə qazanmaqla seçildi. Necə düşünürsən, bu amil komandada qalib ruhunu formalaşdıra bildi?
- Əlbəttə. Yoxlama oyunlarındakı qələbələr bizə xallar verməsə də, komandada özünəinam yaratdı. Udmağa alışırıq və sizə deyim ki, bu, yaxşı haldır. Düzdür, yoxlama görüşlərində nəticələr önəmli deyildi. Amma əhəmiyyətli olan digər məqam futbolçuların oyun sisteminə uyğunlaşması idi.

- Yoxlama oyunlarındakı nəticələr sizi arxayınlaşdırmayıb?
- Yox, uşaqlar hansı yükün altına girdiyimizi dərk edirlər. İnanmıram ki, bu nəticələr hansısa bir futbolçunu rahatlaşdırsın, özünəinam hissini başqa səmtə yönəltsin. Hamı çempionatın necə ağır keçəcəyini yaxşı başa düşür. Çalışacağıq ki, Premyer Liqa matçlarında da yaxşı oyunla seçilək.

- Gəncə klubunun azarkeş sarıdan korluq çəkməməsi sizin üstünlüyünüzdür. Sən nə düşünürsən?
- Bu vaxta kimi oynadığım klubların böyük azarkeş kütləsi olmayıb. Çox sevindirici haldır ki, “Kəpəz”in fanatları çoxdur və komandanı ürəkdən sevirlər, yaxından izləyirlər. Məşqlərdə, yoxlama oyunlarında bizi tək qoymurlar. Hətta Türkiyəyə yollananda və qayıdanda belə bizi hava limanında gecə saatlarında yola salıb, həm də qarşıladılar. Əminəm ki, azarkeşlərin sayı çempionat oyunlarında qat-qat çox olacaq. “Kəpəz”i dayanmadan dəstəkləyəcəklər və biz futbolçular yaxşı nəticələrlə onları sevindirə biləcəyik. İnanın ki, bütün gücümüzlə buna çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.