5 avqust 2015 11:20

Elvin Məmmədov: İsti hava Qarabağ üçün üstünlük sayıla bilməz

"Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "Qarabağ" cavab oyununa hazırdır?
- Biz oyuna tam hazırıq. Allaha şükür ki, əhval-ruhiyyə də yaxşıdır. Mehriban, yaxşı kollektivimiz var.

- "Seltik"i keçmək üçün nə etmək lazımdır?
- Səbrli davranmalıyıq. Müdafiədə diqqətli oynamaqla yanaşı ələ düşən qol şanslarından da maksimum yararlanmalıyıq.

- "Qarabağ"a qol lazımdır. Bu isə ilk dəqiqələrdən hücuma atılacağınızdan xəbər verir. Yoxsa, rəqibin nə vaxt səhv edəcəyini gözləyəcəksiniz?
- Biz baş məşqçinin müəyyənləşdirəcəyi taktika ilə oynayacağıq.

- "Seltik"ə iki-üç qol vurmaq realdır?
- Futbolda hər şey mümkündür. Niyə də bunu bacarmayaq? "Qarabağ" adlı-sanlı rəqiblərə qarşı az oynamayıb, onlara qol da vurub.

- Matçın keçiriləcəyi Tofiq Bəhramov adın Respublika stadionunun qazonu sizi narahat etmir?
- Deyilənə görə, oyuna qədər hər şey qaydasına düşəcək. Ümid edirik ki, qazonun vəziyyəti bizim daha yaxşı oynamağımıza problem yaratmayacaq.

- "Qarabağ" "Seltik" səddini keçə bilməsə, azarkeşlər çox məyus olacaq...
- Azarkeşlərin bizi necə dəstəklədiyini bilirik. Allah eləsin ki, xalqın dəstəyi ilə növbəti mərhələyə keçək. Gəlin pozitivi düşünək. Azarkeşlərin dəstəyinə çox ehtiyacımız var.

- Cavid Tağıyev Bakıdakı "Rudar"a qarşı oyunda, eləcə də "Seltik"lə görüşdə qol şanslarından yararlana bilmədi. Baş məşqçinin onun əvəzində bu dəfə daha təcrübəli olduğunuz üçün sizə güvənəcəyini demək olar?
- Cavid çox yaxşı futbolçudur. Onun yaxşı gələcəyi var. Mənim və ya onun oynamasının fərqi yoxdur. Əsas qələbədir.

- "Seltik"in futbolçuları Bakıdakı istidən narahatdırlar. Bunu özünüz üçün üstünlük sayırsınız?
- Düşünmürəm ki, bu, bizim üçün üstünlükdür. Hava amili heç nəyi dəyişmir. Havanın temperaturu hər iki komanda üçün eyni olacaq.

- "Seltik"in futbolçularının açıqlamalarından hiss olunur ki, "Qarabağ"dan çəkinirlər...
- Hə, mətbuatı oxuyuram. "Seltik" hər zaman bizə hörmətlə yanaşıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.