5 avqust 2015 23:20

Qarabağ Seltik səddini keçə bilmədi

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən son ölkə çempionu "Qarabağ" da növbəti sınağına çıxıb.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya "Rudar"ı idi. "Qarabağ" bu rəqibinə evdə qalib gələ bilməsə də (0:0), səfərdə minimal hesablı üstünlüklə (1:0) mərhələ adlayan tərəf olmuşdu. Bu mərhələdə isə Ağdam klubu daha adlı-sanlı rəqiblə - Şotlandiya "Seltik"i ilə mübarizə aparırdı. Hansı ki, bu komanda İslandiya "Styarnan"ını həm evdə (2:0), həm də səfərdə (4:1) məğlub edərək, mərhələ adlamışdı. Təəssüf ki, elə "Qarabağ" da səfərdə keçirdiyi ilk oyunda bu komandaya 0:1 hesabıyla uduzmuşdu.

Səfərdə uduzması ağdamlıların işini daha da çətinə salmışdı. Amma cavab görüşünün evdə keçirilməsi təmsilçimiz üçün kiçik bir üstünlük sayıla bilərdi. Qurban Qurbanovun komandası azarkeşlərin də dəstəyi sayəsində Bakıdakı qarşılaşmada mərhələ keçə bilərdi. Bunun üçün isə iki cavabsız qolla qalib gəlmək lazım idi. Bu mənada şotlandlardan evdə qol buraxmamaq da böyük əhəmiyyət daşıyırdı. Çünki qol buracağı halda "Qarabağ" mərhələ keçmək üçün 3 top fərqi ilə qalib gəlmək məcburiyyətində qalacaqdı ki, ÇL-in pley-off mərhələsinə vəsiqə əldə etsin.

Təəssüf ki, təmsilçimizin bütün cəhdlərinə baxmayaraq, Şotlandiya nəhənginə qol vurmaq mümkün olmayıb. Nəticədə, qarşılaşma qolsuz başa çatıb. İki oyunun nəticəsinə görə üstün tərəf olan "Seltik" mərhələ keçdiyi halda, "Qarabağ" mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
(cavab oyunu)
5 avqust

“Qarabağ” - “Seltik” - 0:0 (0:0)
Sarı vərəqə: S.Yohansen, 63. E.İsaqirre, 88.
Baş hakim: Martin Stromberqsson (İsveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 0:1

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana (77. Cavid Tağıyev, 84), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 67. Alharbi Əl-Jadeyui (11. Elvin Məmmədov, 74), 29. Raydell Pupon (22. Əfran İsmayılov, 64).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
"Seltik": 1. Kreyq Qordon, 3. Emilio İsaqirre, 5. Vircil van Deyk, 20. Dedrik Boyata, 23. Mikael Lustiq, 6. Nir Biton, 8. Skott Braun (k), 14. Stüart Armstronq (49. Ceyms Forrest, 84), 16. Qari Makkey Stiven (15. Kris Kommons, 79), 25. Stefan Yohansen, 7. Nadir Çiftçi (9. Ley Qriffits, 68).
Ehtiyat oyunçular: 26. Loqan Beylli, 4. Efe Ambroze, 22. Seydi Yanko, 18. Tom Roqiç.
Baş məşqçi: Ronni Deyla.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.