4 avqust 2015 21:15

Ronni Deyla: Seltik belə qazonda Şotlandiyanın qışında oynayır

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun 1:0) öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, qlazqoluların çalışdırıcısı bunları söyləyib:

"Biz ən yaxşısına ümidliyik və inanırıq. Burada hər şey çox yaxşıdır. Məskunlaşdığımız otel sadəcə, fantastikadır. Düzdür, bir qədər istidir. Amma biz ən yaxşı futbolumuzu sərgiləməyə çalışacağıq. Qazonun keyfiyyəti yaxşı deyil. Biz belə qazonda Şotlandiyanın qışında oynayırıq. Ona görə də bizim üçün təəccüblü heç nə yoxdur. Matça qədər həm qazona, həm də istiyə uyğunlaşmağa çalışacağıq və problem olacağını düşünmürəm. Həm də "Qarabağ"ın özü bizimlə eyni şərtlər altında oynayacaq. Yəni meydançanın yaxşı olmaması, onların da oyununa təsir göstərəcək, bizim də. Ötən mövsüm Çempionlar Liqasına düşə bilməməyimiz bizim üçün çox üzücü olmuşdu. Amma həmin uğursuzluğu unutmuşuq. İndi yaxşı komandamız var və ÇL-in qrupunda oynamağa iddialıyıq. Azarkeşlərimizi sevindirmək istəyirik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.