4 avqust 2015 17:00

Denis Silva: Atletikdən revanş alacağımıza inanıram

"İnter"in futbolçusu Denis Silva Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı cavab matçı öncəsi azerisport.az saytının suallarına cavab verib.

- Bilbaoda rəqibdən belə oyun gözləyirdiniz?
- "Atletik" evdə hər zaman yaxşı oynayıb. İlk matç çox çətin keçdi. Qolu tez buraxdıq. Çoxlu sayda azarkeş qarşısında səhvsiz oynaya bilmədik. 0:2 hesablı məğlubiyyət faciə deyil. Biz "Atletik" kimi komandaya məğlub olmuşuq. Təklif edirəm, həmin oyunu unudaq və cavab görüşünü düşünək.

- Cavab görüşündə "İnter" iki qolun əvəzini çıxa bilər?
- Əlbəttə, çıxa bilər. Futbolda mümkünsuz heç nə yoxdur. Amma cavab görüşündə kimin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. "İnter" iki qolun cavabını verə bilər. Sadəcə, bacarmaq lazımdır. Azarkeşlər bizə kömək olmalıdır. Üstəlik, özümüzə inanmalıyıq. Unutmayaq ki, bir ay əvvəl mərhələ adlayacağımıza inam yox idi.

- "Atletik" favoritdir. Ona görə Bakı klubunun şansları aşağı qiymətləndirilir...
- Bilbao klubu böyük tarixə malikdir. Bununla belə məğlubiyyət barədə düşünmək olmaz. Daha niyə cavab görüşünə çıxırıq? Şəxsən mən onlardan revanş alacağımıza inanıram. "İnter" iki mərhələ keçməklə sürpriz etdi, niyə daha bir dəfə azarkeşləri sevindirməsin.

- Belə fikir var ki, ötən ilki "İnter" olsaydı "Atletik"i keçmək şansınız daha yüksək olardı...
- Müqayisə etmək istəməzdim. Çünki, hər bir heyətin mənfi və müsbət cəhətləri olur. Bəlkə də bu fikir düzgündür. "Atletik" də müəyyən mənada dəyişib. Hazırda bəzi problemlərə baxmayaraq, "İnter"də çıxış edən futbolçular maksimum güc nümayiş etdirməyə qadirdir.

- "Atletik"in oyununda hansı cəhəti fərqləndirərdiniz?
- Sürətli hücum qurmaq bacarığı. Bunun sayəsində mərkəzi yarmaqla rəqibə təhlükə yaradırlar. Hücum xəttləri çox güclüdür. Müdafiədə oynayanlar bir-birilərini yaxşı anlayır. Bizim itirəcəyimiz heç nə yoxdur. Cavab görüşündə bacarığımızı meydanda qoymalıyıq. Avroliqayla vidalaşsaq belə, yaxşı getmək vacibdir.

- Bu heyətlə "İnter" Azərbaycan çempionatında yeni mövsümdə hansı yer uğrunda mübarizə apara bilər?
- Biz indi öz oyunumuzu göstərmirik. Çünki yaxşı hazırlıq keçməmişik. Bir qədər vaxt lazım olacaq. Bizimlə yanaşı daha bir neçə komanda zəifləyib. Ona görə düşünürəm ki, "İnter" oyununu artırsa, çempionluq uğrunda mübarizə apara bilər. Çətin olacaq, amma mümkündür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.