4 avqust 2015 13:30

AFFA Premyer Liqanın yayım hüququnu 700 min manata CBC-yə satdı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı elan olunub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Məlumatda bildirilir ki, CBC TV Premyer liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək. Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.
 
İlkin razılığa əsasən CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində olacaq. Azərbaycan dilində isə AFFA-nın youtube (AFFA Official) kanalında yayımlanacaq. CBC Sport kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq. CBC TV çəkilişləri peşəkar səviyyədə - stadiondan asılı olaraq 8-12 kamera ilə həyata keçirməyi, yaxın müddət ərzində idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də üzərinə götürüb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.