4 avqust 2015 14:45

Benyat: İnterin sürprizə imza atmaması üçün əlimizdən gələni edəcəyik

İspaniyanın "Atletik" klubunun yarımmüdafiəçisi Benyat Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Bilbaoda 2:0 hesabıyla qalib gəlmiş La Liqa təmsilçisinin üzvü öncə bunları söyləyib:

"İlk oyunda 2 cavabsız qolla qalib gəlmişik. Amma bu nəticə bizi arxayınlaşdırmamalıdır. Bakıda havaların isti keçməsin, oyunun keçiriləcəyi arenanın süni örtüklü olması da ciddi önəm kəsb etmir. İstənilən halda müsbət nəticə qazanmağa çalışmalıyıq".

Futbolçunun sözlərinə görə, onlar süni örtüklü meydana tez alışa biləcəklər: "Süni örtüklü qazonda məşq etməmişik. Amma orada iki dəfə məşq edən kimi, buna uyğunlaşacağıq".

Benyat cavab qarşılaşmasının necə keçəcəyinə dair suala belə cavab verib: "Rəqib bu dəfə qol vurmağa, uğur qazanmağa çalışacaq. Bilbaoda onlar bütün diqqəti müdafiəyə yönəltmişdilər və əks-hücum futboluna üstünlük verirdilər. Amma cavab matçında rəqibin hücuma atılacağını düşünürəm. Bu isə bizim üçün qol vurmağa şans yaradacaq".

İspaniyalı futbolçu "San Mames" stadionunda əldə etdikləri üstünlüyü əldən verməməyə çalışacaqlarını bildirib: "İnter" üçün hər şey kifayət qədər aydındır. Rəqib öz oyununu göstərməyə, azarkeşlərinin gözü önündə qələbə qazanmağa çalışacaq. Amma biz də əlimizdən gələni edəcəyik ki, rəqibin sürprizə imza atmasına imkan verməyək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.