4 avqust 2015 12:15

Aftandil Hacıyev: Seltiklə cavab matçı Qarabağın diqtəsi ilə keçəcək

"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Aftandil Hacıyevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın əsas komandası ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə səfərdə minimal hesabla uduzdu. Komanda ümidlərinizi doğrultdu?
- Hər şeydən öncə bu oyunu canlı efirdən izləyə bilmədiyimizə görə məyusluğumu bildirmək istəyərdim. "Seltik Park"da meydan sahiblərinə böyük dəstək olsa da, "Qarabağ" güclü çıxış etdi. Favorit "Seltik" olsa da, Ağdam klubu onlarla yaxşı mübarizə apardı. 0:1 hesablı məğlubiyyətə baxmayaraq, əls mübarizə hələ qarşıdadır. Fikrimcə, "Seltik" keçiləsi komandadır. Sadəcə, standart vəziyyətlər zamanı diqqətli olmaq lazımdır.

- Yəqin ki, ilk matçın statistikasına baxmısınız. Üstünlük "Qarabağ"da olsa da, son nöqtəni qoya bilmədi...
- Əlbəttə, nəticə daha vacibdir. Komanda bütün oyunu yaxşı oynayıb, 90 dəqiqə ərzində qol vura bilmirsə, oyundan sonra heç kim yaxşı oyundan danışmır. Hər kəs nəticəni əsas götürür. Amma ilk oyundakı üstünlük ondan xəbər verir ki, Bakıdakı görüş daha maraqlı olacaq. Cavab matçı bizim diqtəmiz altında keçəcək. Bütövlükdə, "Qarabağ" "Seltik"dən daha yaxşı oynayır. Komandamız evdə növbəti mərhələyə vəsiqə qazandıracaq nəticəyə nail ola bilər.

- Sizcə, minimal hesablı məğlubiyyət "Qarabağ"a problem yaratmayacaq?
- Mən səfərdəki 0:0 və 0:1 arasında heç bir fərq görmürəm. Niyə? İstənilən halda ev oyununda bir qol vurmaq lazımdır. Mütləq hücum futbolu sərgiləməliyik. "Qarabağ"ın oyunu da ümidli olmağa əsas verir.

- Bakıda qələbə qazanmaq üçün nə etmək lazımdır?
- "Qarabağ" daha çox hücum etməlidir. Şotlandlar artıq komandamızı tanıyırlar, "Qarabağ"ın oyunlarını analiz ediblər. İnanıram ki, Qurban Qurbanov yeni hücum variantları tapacaq. Futbolçular da xüsusi ev tapşırıqları üzərində işləməlidirlər. Xüsusilə də standart vəziyyətlər zamanı.

- "Seltik"in hücum xətti çox güclüdür. Onlar az qala hər oyunda qol vururlar və Bakıda da fərqlənə bilərlər...
- Fikrimcə, "Qarabağ" qalib gələcək. Hərdən qələbə qazanırsan, növbəti mərhələyə çıxa bilmirsən. Məsələn, 2:1 hesablı qələbə "Qarabağ" üçün yetərli olmayacaq. Amma mənə elə gəlir ki, komandamız müdafiədə də yaxşı oynayıb, qol buraxmadan qalib gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.