4 avqust 2015 12:00

Con Kollinz: Qazonun pis olması yerlə oynayan Qarabağa daha çox təsir edəcək

Şotlandiyanın "Seltik" klubunun məşqçisi Con Kollinz UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:

"Şübhəsiz ki, müəyyən narahatlıqlar var. Yaxşı məşq edirik. Amma meydanda nəyin necə olacağını oyun özü göstərəcək. ÇL-in üçüncü təsnifat mərhələsinin oyunu yaxşı stadionda keçirilməlidir. Amma elə olmasa da, bizim buna uyğunlaşmağımız lazımdır".

"Bakı səfəri öncəsi mənə zəng edib dedilər ki, meydança o qədər də yaxşı vəziyyətdə deyil. Bunun matçın keçirilməsinə mane olacağını düşünmürəm. Amma meydançanın yaxşı olmayacağı dəqiqdir. Orada çox yüksək temperatur hökm sürür. Bu da qazona təsirsiz ötüşməyib. Lakin meydançanın durumunun necə olmasından asılı olmayaraq, hər iki komanda eyni şərtlər altında oynayacaq".

"Seltik"in çalışdırıcısı qazonun pis vəziyyətdə olmasının "Qarabağ"a daha çox təsir edəcəyini dilə gətirib: "Qarabağ" yerlə oynamağı sevən komandadır. Ona görə də qazonun durumu bizim kimi, onlara da təsir göstərəcək. Bu, ideal olmasa da, hər halda futboldur. İstənilən hava şəraitinə və meydana uyğunlaşmaq lazımdır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.