4 avqust 2015 00:25

Markel Susaeta: İnter Atletikə iki qol vura bilər, amma biz imkan versək

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"i ilə mübarizə aparan İspaniyanın "Atletik" klubunun futbolçusu Markel Susaeta azerisport.az saytının suallarına cavab verib.

- İlk görüşdə "İnter" üzərində qələbə qazanmaq çətin olmadı. Rəqibdən belə oyun gözləyirdiniz?
- "İnter"in risk etməyəcəyini bilirdik. Komanda ilk dəqiqələrdən müdafiə futbolu oynamağa başladı. Start heyətdə 5 müdafiəçinin olması hər şeyi sübut edir. Rəqibi başa düşmək olar. Bilbaoda qazanılan heç-heçə onlar üçün böyük nəticə olacaqdı. Fikrimcə, "İnter" vətənə qolsuz bərabərliklə qayıtmaq istəyirdi.

- İki qol vurdunuz, demək olar ki, cütün taleyi həll olunub...
- Sizinlə razı deyiləm. Bakıda bizi çətin oyun gözləyir. Cavab görüşü süni örtüklü meydançada olacaq. Bu bizim üçün müəyyən problem yarada bilər. Bildiyiniz kimi, süni örtükdə futbolçu tez yorulur. Zədə almaq ehtimalı yüksəkdir.

- Bakıda sizi həm də 40 dərəcə isti gözləyir...
- İsti barədə məlumatım var. Baş məşqçimiz deyib ki, hava paytaxtınızda çox istidir. Sadəcə, bu, bizə problem deyil. Bu yay Bilbaoda da çox isti oldu. Bəzi günlərdə 35-36 dərəcə istilik yaşadıq. Ona görə öyrəşmişik. İstənilən halda cavab görüşündə də məqsədimiz qələbə qazanmaq olacaq.

- Səviyyə baxımından "İnter" "Atletik"dən çox geri qalır?
- Bir oyuna görə komandaya qiymət vermək çətindir. Avroliqada iki mərhələ keçmisinizsə, deməli, zəif komanda deyilsiniz. Sadəcə, təcrübə baxımından biz favorit komanda sayılırıq. İlk hissədə "İnter" yaxşı oynadı. Çoxlu sayda qol vəziyyətinin qarşısını aldı. Ona görə cavab görüşündə ehtiyatlı olmalıyıq.

- "İnter" cavab görüşündə "Atletik"ə iki qol vura bilər? Siz buna inanırsınız?
- Futbolda hər şey mümkündür. "İnter" iki qol vura bilər. Əgər biz buna imkan versək. Biz isə buna imkan verməyəcəyik. Bakıda da qələbə qazanmaq istəyirik. Sonra isə rahat pley-offa hazırlaşacağıq.

- Rəqibin heyətində hansı futbolçunu fərqləndirə bilərsiniz?
- Yeddi nömrəli futbolçunuz (Nika Kvekveskirini nəzərdə tutur - red.) yadımda qaldı. Bir də qapıçınız (Səlahət Ağayev). Qolkiperin işi bu gün çox oldu. Bizim qapıçımız isə ondan fərqli özünü yaxşı tərəfdən göstərmək üçün imkan qazanmadı. Fikirləşirəm ki, "İnter" evdə daha yaxşı mübarizə aparacaq. Ona görə arxayınlaşmaq olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.