3 avqust 2015 19:30
Bakı sabiq futbolçusunu geri qaytardı
Xəbər verdiyimiz kimi, bu gün "Bakı"nın futbolçuları klubun bazasında bir araya gəliblər. Azerisport.az xəbər verir ki, məşq səhər saat 9-da start götürüb və 1,5 saat davam edib. Komandanı məşqə Novruz Əzimov çıxarıb.
Qeyd edək ki, hazırlıq prosesində klubun öz yetirmələri, eləcə də yenidən “Bakı”ya qayıdan sabiq kapitan Cəmşid Məhərrəmov iştirak edib. Millimizin sabiq üzvü köhnə-yeni klubu ilə bir illik müqaviləyə imza atıb.
