3 avqust 2015 18:00

Rəşad Sadiqov: Kiprlilərin cavabını meydanda verəcəyik

"Qəbələ"nun yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kipr "Apollon"una qarşı keçirəcəkləri cavab matçı öncəsi (ilk oyun 1:1) azerisport.az saytının suallarını cavablandırıb:

- "Apollon"la ilk matçın sizin istədiyiniz kimi başa çatdığını demək olar?
- Çətin oyun alındı. Həm vurulan qola qədər, həm də ondan sonra yaxşı oynadıq. Sadəcə, yaratdığımız qol vəziyyətlərindən yararlanmaqla bağlı problemlərimiz var. Belə olmasaydı, qələbə də qazana bilərdik. Hər halda 1:1 də səfər oyunu üçün sərfəli nəticə hesab oluna bilər. Fikrimcə, Bakıya yaxşı nəticə ilə qayıtmışıq.

- Kiprlilər ukraynalı baş hakimin təyin etdiyi penaltidən kəskin narazı qalıblar...
- Həmin epizodda yüz faizlik penalti var idi. Rəqib bizim futbolçumuzu əllə tutub saxlamışdı. Bu, qayda pozuntusudur, hakim də haqlı olaraq penalti təyin etdi. Kimlər ki hakimin bizə kömək etdiyini deyirlər, onlar yəqin bu oyuna baxmayıblar. Sergey Zenyov rəqib qapıçı ilə üz-üzə qalarkən heç bir ofsayd yox idi. Amma yan xətt hakimi bayrağını qaldırmaqla bizi qoldan məhrum etdi.

- Cavid Hüseynovun penalti qolundan sonrakı məlum jesti çox söz-söhbətə səbəb oldu...
- Cavid penaltiləri yaxşı yerinə yetirir. Ona görə mən Hüseynovun həmin epizodda fərqlənəcəyinə inanırdım. Jestə gəlincə, mən bayrağımızın təhqir olunmasını bir kənara qoyub, ancaq Cavidin hərəkətini müzakirə edənləri başa düşə bilmirəm.

- Penaltidən sonra vəziyyət daha da gərginləşdi. Oyunçular tunelə gedərkən orada nə baş verdi?
- Dəhlizdə klubun təhlükəsizlik xidmətinin əməkdaşları, "Apollon"un futbolçuları və digər işçiləri bizimlə dava salmağa çalışdılar, biz də onlara layiqli cavab verdik.

- "Qəbələ" cavab oyununda "Apollon"u keçmək üçün nə etməlidir?
- Çox çətin oyun olacaq. 1:1 hesabı növbəti mərhələyə çıxmağımızı təmin etmir. Amma hər ötən oyun bizə əlavə güc və inam qazandırır. Komandamız "Apollon"a qalib gələcək gücdədir. Əvvəlki mərhələlərdə səfərdə güclü oyun nümayiş etdirə bilməmişdik. Amma "Apollon"la səfər qarşılaşmasında özümüzü göstərə bildik. Cütün qalibi olmaq üçün təkcə evdə qələbə qazanmaq lazım deyil. Hər iki oyunda üstün olduğumuzu sübut etməliyik.

- "Apollon" böyük ehtimalla Bakıdakı oyunda ilk dəqiqələrdən hücuma atılacaq və qol vurmağa çalışacaq. Bəs siz necə oynamağı düşünürsünüz?
- Biz öz oyunumuzu sərgiləyəcəyik. Müdafiədə oturmaq fikrimiz yoxdur. Baş məşqçi bizə müdafiədə oturmamağı tapşırıb.

- Roman Qriqorçuk mətbuat konfranslarında tez-tez 5:0 hesablı qələbədən dəm vurur...
- İstənilən baş məşqçi komandasının belə böyük hesabla qələbə qazanmasını istəyər. Amma indi bizə 5:0 hesabıyla qalib gəlməkdən daha çox, mərhələ adlamaq vacibdir.

- Bakıdakı oyunda kiprlilərin bayrağımızı təhqir etməsinə cavab olaraq Türkiyənin, Türkiyə Kiprinin bayraqlarının açılması gözlənilir...
- Mən də belə hesab edirəm ki, kiprli fanatların hərəkətləri cavabsız qalmamalıdır. Sən hər dəfə kiməsə güzəştə gedəndə, elə düşünürlər ki, qorxursan. Amma kiprlilərə ən yaxşı cavabı biz özümüz meydanda vermək istəyirik. Kiprdə onlara meydandan kənarda yaxşı cavab verdik. Millət olaraq heç kimdən qorxmamalıyıq. Həmişə də hamıya layiqli cavab verməliyik. Biz meydanda, azarkeşlərimiz isə tribunada onların cavabını verəcəyik. Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Qoy gəlsinlər, komandamızı dəstəkləsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.