3 avqust 2015 15:00

Vircil Van Deyk: Seltik Qarabağdan daha təcrübəlidir

Şotlandiyanın "Seltik" klubunun müdafiəçisi Vircil van Deyk UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Qlazqodakı qarşılaşmada 1:0 hesabıyla üstün olmuş Şotlandiya təmsilçisinin üzvü bunları söyləyib:

"Qarabağ"ın ötən avrokubok mövsümündəki nəticələrindən xəbərimizvar. Ona görə də biz bu rəqiblə oyuna tam hazır olmalıyıq. Bizi səfərdə çox çətin matç gözləyir".

Van Deykin sözlərinə görə, onları səfər matçında böyük azarkeş təzyiqi gözləyir: "Rəqibimizin böyük stadionu var. Tribunalar da hər zaman dolu olur. Amma biz klubumuzun Çempionlar Liqası səviyyəsində olduğunu hər kəsə göstərməliyik".

O, Qlazqodan Bakıya yorucu səfərdən də danışıb: "Bir neçə il öncə biz Karaqandada oynamışdıq. Ona görə də Bakıya səfərin çox uzun çəkəcəyini düşünmürəm. Biz uğur qazanmaq üçün hər şeyə hazır olmalıyıq. Qazaxıstandakı görüş mənim "Seltik"də ikinci oyunum olmuşdu. İndi məni daha böyük bir matç gözləyir".

Müdafiəçi komandasını çox çətin matç gözlədiyini dilə gətirib: "Təbii ki, səfərdə oynamaq çətin olacaq. Amma biz rəqibimizdən daha təcrübəliyik. Futbolçularımızın da əksəriyyəti onları nə gözlədiyini yaxşı bilir. Yaxşı hazırlaşmaq lazımdır. Yaxşı dincəlmək, yemək və oyuna hazır olmaq lazımdır".

Van Deyk komandasının oyunundan da danışıb: "Biz azarkeşlərimizin daha çox bəyənəcəyi tərzdə oynamaq istəyirik. Amma Avropada bir qədər fərqlidir. Ümid edirəm ki, qarşıdakı oyunda da özümüzü ən yaxşı tərəfdən göstərə biləcəyik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.