3 avqust 2015 12:30

Kamran Ağayev: Karşıyaka bu mövsüm penaltidən qol buraxmayacaq

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Türkiyənin "Karşıyaka" klubuna keçidindən danışıb. Azerisport.az xəbər verir ki, futbolçumuz qardaş ölkə mətbuatına açıqlamasında iddialı çıxışları ilə diqqət çəkib.

Ağayev "Karşıyaka" azarkeşlərinin ona əlavə güc verəcəyini bildirib: "Mən dolu tribunalar önündə daha yaxşı motivasiya oluram. "Karşıyaka" tərəfdarının coşqusu məni ruhlandıracaq".

Azərbaycan millisinin heyətində keçirdiyi 50 matçda rəkiblərin qazandığı 13 penaltinin 10-nu qaytaran təcrübəli qolkiper maraqlı iddia ilə çıxış edib. O, "Karşıyaka" bu mövsüm penaltidən qol buraxmayacaq", deyib.

"Karşıyaka"ya tez alışdığını dilə gətirən Kamran bu kluba keçməsində əsas rol oynayan amilləri də açıqlayıb: "Kayserispor"dan tanıdığım komanda yoldaşlarım və baş məşqçi Cüneyt Dumlupınar "Karşıyaka" ilə müqavilə bağlamağımda böyük rol oynadı. Bu mövsüm çempionluğa ən böyük namizədlərdən biri olacağıq".

"Karşıyaka"nın əzəli rəqibi "Göztəpə"nin yeni mövsüm öncəsi anlaşdığı qapıçı Gökhan Dəyirmançını "Kayserispor"dan yaxşı tanıdığını ifadə eden Ağayev ona uğurlar arzulamağı da unutmayıb: "Gökhan ötən mövsüm Super Liqada "Kayseri Ərciyəsspor" forması geydiyi üçün qarşılıqlı oynamaq şansımız olmadı. Ona da növbəti mövsümdə uğurlar arzulayıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.