3 avqust 2015 00:40

Ruslan Qurbanov: Millimiz yüksək yerlər uğrunda mübarizə apara bilər

Azərbaycan yığmasının və "Neftçi"nin hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi

- Komandanızın Türkiyə toplanışını "Antalyaspor" üzərində qələbə ilə başa vurdunuz. Bu oyun barədə nə deyə bilərsiniz?
- Yaxşı oyun alındı. Biz bu oyunda ikiqat motivasiya ilə oynayırdıq. Çünki Bakıya yaxşı əhval-ruhiyyə ilə qayıtmaq istəyirdik. Qarşıdakı həftə Premyer Liqanın yeni mövsümü start götürür. "Antalyaspor" güclü rəqibdir. Amma biz xarakter nümayiş etdirib, qalib gəldik.

- Mövsümün açılış turunda "Kəpəz"lə qarşılaşacaqsınız...
- "Kəpəz"lə oyuna hazırıq. Çempionata qələbə ilə başlamaq vacibdir. Bu matçı səbrsizliklə gözləyirik. Gəncə klubuna gəlincə, onlar da yaxşı heyət formalaşdırıblar. Amma biz mövsümə qələbə ilə start verməyə çalışacağıq.

- DÇ-2018-in püşkatmasında yığmamız Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino ilə düşdü. Püşkü necə qiymətləndirə bilərsiniz?
- Yaxşı qrupdur. Almaniya, Norveç və Şimali İrlandiya bizə tanış rəqibdir. Çünki bir müddət öncə bu komandalarla oynamışıq. Onların güclü və zəif cəhətlərini bilirik. Çexiya və San Marino ilə heç vaxt qarşılaşmamışıq. Şəxsən mən belə qrupa düşdüyümüz üçün şadam.

- Millinin şansları barədə nə deyə bilərsiniz?
- Fikrimcə, heç də pis deyil. Azarkeşlərimizi sevindirə bilərik.

- Yəni, qrupdan çıxa bilərsiniz?
- Almaniya və Çexiya qrupun favoritidir. Amma biz də yüksək yerlər uğrunda mübarizə apara bilərik. Əlbəttə, çox çətin olacaq. Hər halda məşqçilərimizin bütün tapşırıqlarına əməl etsək, nəticə qazana bilərik.

- Yığmamız nə qədər xal toplaya bilər?
- Bunu deməkdə çətinlik çəkirəm. Sadəcə, onu deyə bilərəm ki, hər oyuna qələbə üçün çıxacağıq. Əsas uduzmamaqdır. Nəyə nail olduğumuza isə sonda baxarıq. Hazırda isə biz DÇ-2018-in yox, AÇ-2016-nın seçmə mərhələ oyunlarını düşünməliyik. Qarşıda bizi Xorvatiya və Malta ilə oyunlar gözləyir. Azarkeşlərimizi bu oyunlarda sevindirmək istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.