2 avqust 2015 16:00

Samir Əliyev: Neftçidə belə bir anlayış yoxdur

"Neftçi"nin baş məşqçisi Samir Əliyevin azerisport.az saytına müsahibəsi

- Türkiyə toplanışı çərçivəsində keçirdiyiniz son yoxlama matçında yerli "Antalyaspor"a qalib gəldiniz (2:0). Oyunla bağlı nə deyə bilərsiniz?
- Qələbə qazandığımız üçün şadam. Ən vacibi oldur ki, ilk dəfə yoxlama oyunlarında qol buraxmadıq. Qələbə qazansaq da, buna çətinliklə nail olduq. Səhvlərimiz yenə var idi, amma bu, normaldır. Rəqibin də qol vurmaq üçün bir neçə real vəziyyəti oldu. Sadəcə, yararlana bilmədilər. Həm də Aqil Məmmədov ən yaxşı oyunlarından birini keçirdi. Bu yoxlama oyunları bizim hansı çatışmazlıqlarımızın olduğunu, nəyin üzərində daha çox çalışmalı olduğumuzu göstərdi. Bəzi futbolçuların öz üzərində daha çox çalışmasına ehtiyac var.

- Komandadakı əsas çatışmazlıqlar nədən ibarətdir?
- Hər bir komandanın çatışmayan cəhətləri olur. Bizim də həmçinin. Ancaq indi həmin çatışmazlıqları açıqlamağım düzgün olmaz. Oyundan oyuna həmin problemləri yoluna qoymağa çalışacağıq.

- Artıq əsas heyətdə hansı futbolçulara güvənəcəyinizi müəyyənləşdirmisiniz?
- Bizdə ümumiyyətlə, elə bir anlayış yoxdur. "Neftçi"nin istənilən futbolçusu, istənilən vaxt start heyətdə meydana çıxa bilər.

- "Neftçi" mövsümün startına qədər yenə transfer edəcək?
- Gücləndirmək istədiyimiz mövqelər var. Həmin mövqelərə yeni futbolçu axtarışımız davam edir. Bu işlərlə məşğul olan əməkdaşlarımız var.

- "Neftçi"nin baxışa çağırdığı Borislav Stoyçevlə bağlı nə qərar verdiniz?
- Biz tələsik qərar qəbul etmək istəmirik. Legioner yerli futbolçudan bir baş üstün olmalıdır.

- Nikolas Kanales, Rauf Əliyev və Ernest Nfor getdikdən sonra hücum xəttinə yalnız Ruslan Qurbanovla Məhəmməd Qurbanovu cəlb etdiniz. Hücuma yeni futbolçunun alınması mümkündür?
- Əlbəttə, bu, heç də pis olmazdı. Hər bir məşqçi istəyər ki, əlinin altında mümkün qədər çox yaxşı futbolçusu olsun. Mən də eləcə.

- Yeni mövsümün açılış turunda sizi "Kəpəz"lə oyun gözləyir...
- Gəlin, hələ bu barədə danışmayaq. "Kəpəz"lə matç barədə oyun ərəfəsində danışarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.