2 avqust 2015 15:40

Aleksey Qay: Bu, bizim üçün bir təkan olmalıdır

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Apollon”la Kiprdəki ilk oyunu “Qəbələ”nin avrokuboklardakı ilk heç-heçəsi ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, səfərdəki qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə qayıdan “qırmızı-qaralar”ın təcrübəli ukraynalı yarımmüdafiəçisi Aleksey Qay matç haqda fikirlərini klub saytına açıqlayıb:

“Kiprdə keçirilən ilk görüşdən razı qaldıq. Xüsusilə də nəticəni qənaətbəxş saymaq mümkündür. Hesab edirəm ki, buna yaxşı futbol nümayiş etdirməklə nail olduq. Lakin daha yaxşı oynaya bilərik. Çünki “Apollon”a qarşı nümayiş etdirdiyimiz futbol heç də ən yaxşı oyunumuz deyil. Hələ yaxşı oyunlarımız irəlidədir. Bu səfər matçı bizim Avropa Liqasında irəliləməyimiz üçün bir təkan olmalıdır”.

Avqustun 6-da Bakıda keçiriləcək cavab oyunu öncəsi şansları bərabər qiymətləndirən Qay “Qəbələ”nin mərhələ adlamaq vəzifəsinin öhdəsindən gəlmək gücündə olduğunu düşünür:

“Apollon”la cavab oyununa çox ciddi hazırlaşırıq. İlk oyunda yaxşı nəticə əldə etsək də, şansları bərabər qiymətləndirirəm. Kiprdəki görüşdən sonra artıq hər iki komanda bir-birini daha yaxşı tanıyır. Bu üzdən də Bakıdakı matçda hər iki komanda üçün asan olmayacaq. Lakin evdə, azarkeşlərimizin önündə oynamağımız əlavə üstünlükdür. Düşünürəm ki, lazım olan nəticəni əldə edib, bu mərhələni də adlaya bilərik. Komandamız bunu bacarmalıdır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.