2 avqust 2015 14:40

Apollon UEFA-nın Cavid Hüseynovu cəzalandırmasını istəyir

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin rəqibi olan Kiprin "Apollon" klubu Azərbaycan təmsilçisinin kapitanı Cavid Hüseynovun cəzalanmasına çalışır. Azerisport.az xəbər verir ki, Larnakada keçirilən ilk oyunda penalti zərbəsini qola çevirərək matçın yekun nəticəsini (1:1) müəyyənləşdirən azərbaycanlı futbolçunun etdiyi jest kiprliləri bərk qəzəbləndirib.

"Apollon" tərəfi qarşılaşmanın 15 dəqiqə dayanmasına səbəb kimi, məhz Cavidin bu hərəkətini əsas gətirir. Halbuki, əsl olaylar penalti zərbəsi təyin olunan kimi başlamış, kiprli azarkeşlərdən bəzisi meydana çıxmışdı.

Kiprlilər həmin oyunun baş hakimi, ukraynalı Sergey Boykodan da narazıdırlar. Onlar hakimin əlavə vaxtda penalti təyin etməsini, matçı yarıda dayandırmasını düzgün hesab etmirlər.

Artıq Kipr klubu narazı qaldığı məqamlarla bağlı, eləcə də hakimlə Cavid Hüseynovdan UEFA-ya şikayət edib. Amma "Apollon"un özünü də cəza gözləyir. Çünki stadiona toplaşan yerli fanatlar penalti təyinatından sonra meydana çoxlu yad əşya atmışdılar. Baxmayaraq ki, Kipr tərəfi bunu Hüseynovun xoşagəlməz jesti ilə əlaqələndirirlər.

Qeyd edək ki, "Qəbələ" ilə "Apollon" arasındakı cavab matçı avqustun 6-da Bakıda, "Bakcell Arena"da keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.