2 avqust 2015 12:00

Seltik - Qarabağ matçı böyük təhlükə altında

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Şotlandiyanın "Seltik" klubu arasında keçiriləcək cavab qarşılaşmasına cəmi üç gün qalıb. Azerisport.az xəbər verir ki, bu oyun ərəfəsində qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionu ilə bağlı ciddi problem yaranıb.

Belə ki, arenanın ot örtüyü sıradan çıxıb. Bir neçə gün öncəyə qədər hər şey qaydasında olsa da, mərkəzi arenanın qazonuna cavabdeh olan şirkətin apardığı kosmetik işlər əks effekt verib. Belə ki, qazonun 30 faizi hazırda dəhşətli vəziyyətdədir. Bir sözlə, ot örtüyü belə qalacağı halda, mərkəzi arena avrokubok matçını qəbul etməyə bilər.

Lakin Ağdam klubunun başqa variantı da yoxdur. Çünki "Qarabağ" UEFA-ya ehtiyat stadion kimi "Bakcell Arena"nı təqdim edib. Bu stadionda isə avqustun 6-da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" - "Apollon" (Kipr) matçı keçiriləcək. Bu üzdən də sözügedən arenanın iki gün ardıcıl oyun qəbul etməsi mümkünsüzdür. Çünki avqustun 5-də "Qəbələ" ilə "Apollon"un bu stadionda oyun öncəsi son məşqi də baş tutmalıdır.

Yaranmış vəziyyətlə əlaqədar artıq "Qarabağ" rəhbərliyi mərkəzi arenaya baş çəkib. Onlar qazonun son vəziyyəti ilə tanış olublar. Gördükləri isə klub rəsmilərini məyus edib. Çünki böyük ehtimalla komanda belə acınacaqlı ot örtüyündə oynamaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Gənclər və İdman Nazirliyi, eləcə də AFFA hazırda Tofiq Bəhramov adına stadionun ot örtüyünə nəzarət etmək üçün bu şirkətlə bir illik müqavilə imzalamışdı. Həmin dövrdən bəri arenanın qazonuna məhz həmin şirkət cavabdeh idi. Bir neçə gün öncəyə qədər onların işində heç bir problem olmasa da, son baş verən hadisə ciddi narahatlığa və narazılığa səbəb olub.

Maraqlıdır ki, "Qarabağ" azarkeşləri "Seltik"lə ilk oyundan sonra cavab qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi istəyi ilə AFFA rəhbərliyinə açıq məktub ünvanlamışdı. Amma həmin vaxt qazonun pis vəziyyətdə olması yox, komandamızın oyununa daha çox azarkeş toplamaq məsələsi gündəmdə idi. Gəl ki, Ağdam klubu 60 minlik yeni arenanı UEFA-ya təqdim etmədiyindən, matçın Olimpiya Stadionunda keçirilməsi mümkünsüz idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.