2 avqust 2015 00:40

Ronni Deyla: Seltik daha yaxşı oynaya bilər

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla ölkə çempionatının ilk turu çərçivəsində "Ross Kaunti" üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Qlazqo klubunun çalışdırıcısı öncə bunları söyləyib:

"Daha yaxşı oynamağımızı hamımız istəyirik. Bu gün "Seltik" 60 dəqiqə yaxşı oynadı. Amma son yarım saatda komanda kimi mübarizə apara bilmədi. Futbolçular tez-tez top itirirdilər və bu, məyus etməyə bilməz. Aydın məsələdir ki, ardıcıl oyunlardan sonra futbolçularda yorğunluq yaranıb".

Deyla eyni zamanda müsbət məqamlardan da söz açıb: "Şadam ki, Kris Kommons bu gün əla çıxış etdi. Ley Qriffits də "Qarabağ"la cavab oyununa qədər tam hazır olmalıdır. Çünki ona daha çox oynamaq şansı verməyə ehtiyac var. Qarşıdakı oyunda ən yaxşı hazırlığa malik olanlar çıxış edəcəklər".

"Seltik"in çalışdırıcısı heyətdəki zədəlilərdən də söhbət açıb. Amma o, Nir Bitton, Çarlz Malqryu və Mikael Lustiqin tezliklə sıraya dönəcəyini bəyan edib.

Qeyd edək ki, "Qarabağ" "Seltik"lə səfər matçında 0:1 hesablı məğlubiyyətlə üzləşmişdi. Bu komandalar arasında cavab görüşü avqustun 5-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.