1 avqust 2015 16:30
Qarabağ Danilo Diasla da yollarını ayırdı
Bu yay 10 futbolçu transfer edən "Qarabağ" bir neçəsi ilə də yollarını ayırdı. Azerisport.az xəbər verir ki, ötən mövsüm Ağdam klubunun formasını geyinmiş braziliyalı yarımmüdafiəçi Danilo Diasla müqaviləyə xitam verilib.
30 yaşlı futbolçunun müqaviləsi 2016-cı ilin yayında başa çatacaqdı. Amma tərəflər qarşılıqlı razılıq əsasında daha tez ayrılmağa qərar veriblər.
"Qarabağ" Danilo Diasa komandada verdiyi əməyə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
