1 avqust 2015 15:00
AZAL-ın sabiq forvardı Almaniya klubunda
AZAL-ın sabiq hücumçusu Freddi Mombonqo özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, yeni mövsümdən o, karyerasını Almaniyada davam etdirəcək.
Belə ki, qaradərili forvard bu ölkənin regional liqasında çıxış edən "Viktoriya" ilə anlaşıb. Köln təmsilçisi artıq Mombonqo ilə müqavilə də imzalayıb.
Qeyd edək ki, 30 yaşlı Mombonqo son mövsümü AZAL-da keçirmiş və Premyer Liqa oyunlarında 13 qola imza atmışdı.
