31 iyul 2015 20:00

Cavid Hüseynov: Apollonla matçdakı hərəkətimi qəhrəmanlıq hesab etmirəm

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı keçirdikləri ilk oyunla bağlı azerisport.az saytının suallarını cavablandırıb.

- Kiprdəki oyunun son saniyələrində nə baş verdi?
- Azarkeşlər tərəfindən böyük təzyiq var idi. Hətta buna təzyiq də yox, faktiki olaraq təhqir deyərdim. Azarkeşlərin qonaq komandaya qarşı təzyiqi normaldır və bunu başa düşmək olar. Amma ötən gecə baş verənlər meydan sahiblərinə dəstək yox, bizə, ölkəmizə qarşı təhqir idi. Xüsusilə də bayrağımıza qarşı etdikləri.

- Deyilənə görə, cırılan bayraqla yanaşı, daha bir bayrağımıza da od vurulub...
- Məlum 15 dəqiqə ərzində bayrağımız gözümə dəymədi. Hətta rəqib futbolçulara da dedim ki, siz də Bakıda oynayacaqsınız, buna necə imkan verirsiniz? Fanatlar bir neçə dəfə bayrağı yandırmağa cəhd göstərdilər, alınmadı. Nəticədə onu cırmağa qərar verdilər. Daha sonra bizim klubun nümayəndələri onlara yaxınlaşıb bildirdi ki, bu hərəkətlərə son qoysunlar. Amma onlar daha böyük aqressivlik nümayiş etdirməyə başladılar.

- Bəs sizin qol vurduqdan sonrakı jestiniz haqda nə deyə bilərsiniz?
- 11 metrlik zərbəni yerinə yetirənə qədər çoxlu emosiya sərf etməli oldum. Məsuliyyət hissi bir yandan, azarkeşlərin bayrağımıza qarşı etdikləri... Qol vurandan da sonra hisslərimi cilovlaya bilmədim. O bayraq uğrunda nə qədər insanlar ölüb, yenə də ölürlər. Hərəkətimi qəhrəmanlıq saymıram. Sadəcə, emosiyalarımı silovlaya bilmədiyimə görə elə alındı.

- Rəqib komanda necə təsir bağışladı?
- Bütövlükdə, güclü komandadır. Yaxşı cinah oyunçuları var. Fəaldırlar. Amma bizim qol vurmaq üçün çox şansımız oldu.

- Kipr mətbuatı ukraynalı referi Sergey Boykonu ciddi tənqid edir. Buna münasibətiniz necədir?
- Hakimlik barədə ümumiyyətlə, nə danışacağımı bilmirəm. Bir epizodda Sergey Zenyov qapıçı ilə üz-üzə qaldı, hakimlər ofsayd qərarı verdilər. Halbuki, orada ofsayd yox idi. Nəyə görə ofsayd verdiklərini qətiyyən anlamaq olmur. Penaltiyə gəlincə, hakim orada başqa nə qərar verməli idi ki? Onların futbolçusu bizim oyunçunu əliylə yerə sərdi. Buna görə penalti təyin etməməliydi?

- Əksəriyyət "Apollon"u "Çukariçki"dən güclü komanda saymır. Yəni, "Qəbələ"nin bu rəqibi də keçməyə borclu olduğu bildirilir...
- Müxtəlif fikirlər eşidirəm. Kimsə bu komandanın çox güclü olduğunu deyir, bəziləri də əksinə. Amma "Apollon" bizdən əvvəlki rəqibinə evdə dörd qol vurubsa, deməli, zəif komanda deyil. Sadəcə, biz onları səhvlər buraxmağa məcbur etdik.

- Bakıdakı oyundan nə gözləyək?
- Bakıdakı oyunda mütləq qələbə qazanmalıyıq. "Bakcell Arena"da "Çukariçki"yə qarşı oyunda bizi yaxşı dəstəkləmişdilər. Ümid edirəm ki, qarşıdakı oyunda da komandamıza möhtəşəm dəstək olacaq. Azarkeşlərimiz kiprlilərə öz komandalarını necə dəstəkləmək lazım olduğunu göstərməlidirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.