31 iyul 2015 17:20

Roman Qriqorçuk: Məni hər şeydən çox bu sevindirdi

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı keçirdikləri ilk oyunla (1:1) bağlı azerisport.az saytının suallarını cavablandırıb.

- İlk oyun barədə nə deyə bilərsiniz?
- Keyfiyyətli oyun alındı. Rəqibimiz güclüdür. Nəticə bizim üçün yaxşı hesab oluna bilər. Amma qarşılaşmanın gedişini nəzərə alsaq, qələbə qazanmalıydıq. Bunun üçün 6-7 qol epizodumuz da oldu. Təəssüf ki, qol vəziyyətlərindən yararlanmaqda problemlərimiz var. Məhz buna görə birdən çox qol vura bilmədik.

- Cavab oyununda nə gözləyək?
- İlk oyundan heç də asan keçməyəcək.

- Amma komandanız əvvəlki mərhələlərdə məhz ev oyununda qalib gələrək mərhələ keçib...
- Biz ötən gün səfərdə də yaxşı oynadıq. Məni hər şeydən çox bu sevindirdi. Serbiya və Gürcüstanda zəif oynamışdıq. Ötən gün isə fərqli oyun sərgilədik. Baxmayaraq ki, tribunalarda futbolçularımıza qarşı çox böyük təzyiq vardı. Meydan sahiblərinə dəstək yüksək səviyyədə idi.

- Yəqin ki, penalti epizoduna baxmısınız. Sizcə, orada 11 metrlik var idi?
- Yüzfaizlik penalti idi. İnsanları emosiyalara qapılmamağa səsləyirəm. Mən bu hakimi çox yaxşı tanıyıram. Çox prinsipialdır. Əsl hakim kimi davrandı. Yəni düşünmədi ki, matçın əvvəlidir, ya başa çatmaq üzrədir. Penalti varsa, deməli, təyin etmək lazımdır. Orada penalti var idi və buna şübhə etməyə də dəyməz. Bunu müzakirə etməyə əsas da görmürəm.

- Bəs Cavid Hüseynovun qoldan sonrakı hərəkətinə münasibətiniz necədir?
- Oyun vaxtı mən bunu görməmişdim. Oyundan sonra Cavidlə söhbət etdim. O, bildirdi ki, azarkeşlərə xoşagəlməz jest göstərmək, təxribata əl atmaq fikri yox imiş. Təkrarda da görünür ki, o, bunu azarkeşlərə etmir. Bu hərəkətin xoşagəlməz olduğunu başa düşürəm. Amma onu da qəbul etməliyik ki, stadionda baş verənlərə onun bu jesti səbəb olmadı.

- Bəs nə səbəb oldu?
- Hər şey hakimin penalti təyin etməsindən sonra başladı. Tribunada əyləşənlər bu penalti qərarını çox pis qarşıladılar. "Apollon" azarkeşlərinin davranışı yolverilməz idi. Bu cür davranışlara görə klubu cəzalandırmaq lazımdır. Bizim oturduğumuz ehtiyat oyunçular skamyasına nə qədər yad əşyalar atıldı. Su qabları, şüşələr, alışqanlar, qəpiklər... Bütün bunlar çox pis nəticələrə gətirib çıxara bilərdi. Hakim matçın qalan dəqiqələrini oynamaqdan imtina etsəydi, mən onunla razılaşardım. Çünki adətən, belə edirlər.

- Hüseynovun diskvalifikasiya olunması istisna deyil...
- Hər şeyə UEFA qərar verəcək. Onların qanunları əsasdır. Ona görə də bunu müzakirə etməyə dəyməz. İstənilən qərara hörmətlə yanaşmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.