31 iyul 2015 15:30
Neftçi bu gün Antalyasporla qarşılaşacaq
“Neftçi” Türkiyə təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubu Türkiyənin “Antalyaspor” klubu ilə qarşılaşacaq.
Afyonkarahisar İdman Kompleksində baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
