31 iyul 2015 12:00

Səlahət Ağayev: Atletikə 3 qol vurub mərhələ keçəcəyimizi desəm, düz olmaz

"İnter"in kapitanı Səlahət Ağayev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirdikləri ilk oyundan (0:2) sonra azerisport.az saytının suallarına cavab verib.

- "Atletik"lə oyun haqda fikirilərini bilmək istərdik. "İnter"in oyunundan razı qaldınız?
- Fikrimcə, komandamız sona qədər mübarizə apardı. Səhvlərimiz oldu. Bununla belə Bilbao təmsilçisinə məğlubiyyətimizi təbii qəbul edirəm. Rəqib çox güclü idi. Üstəlik, arenada azarkeşlərin dəstəyi onlara kömək oldu. Bu gün "Atletik" qitənin ən güclü klubları sırasındadır.

- Yəqin razılaşarsan, qapıçı kimi sənin işin çox oldu?
- Qapıçı çalışmalıdır ki, bütün topları qaytarsın. 90 dəqiqə ərzində işimlə məşğul olmuşam. Bütün futbolçularımız yaxşı nəticə üçün mübarizə apardı. Bir neçə epizodda sürətli hücumların qarşısını ala bilmədik və qolla nəticələndi. Belə oyunlardan çox şey öyrənmək olar. Ardıcıl iki mərhələ keçəndən sonra məhz "Atletik"lə düşməyimiz yaxşı oldu.

- "İnter" rəqibi təəccübləndirə bildi?
- İspanlar bizdən sona qədər mübarizə gözləmirdi. İmkan olduqca hücuma keçməyə çalışırdıq. Bizim heyətdə əksər futbolçular ilk dəfə belə stadionda meydana çıxdı. Mən özüm də ilk dəfə belə gözəl arenada oynadım. Azarkeşlərin rəqibə dəstəyi xüsusi ab-hava yaratdı. Karyeramda klublar arasında ən güclü rəqib məhz "Atletik"dir. Heyətdə çox yaxşı futbolçuları var.

- "Atletik" duelin taleyini həll etdi, yoxsa "İnter" cavab matçında dönüş yarada bilər?
- Desəm ki, Bakıda 3 qol vurub mərhələ keçəcəyik, düz olmaz. Bu gün Bilbao təmsilçisi cütün favoritidir. Bizim aramızda səviyyə fərqi çox yüksəkdir. Ona görə mübarizə aparmağımız real deyil. Çalışmalıyıq, layiqli oynayaq. Avropa Liqasıyla layiqincə vidalaşaq. Futbolda hər şey olur, amma bu dəfə səviyyə fərqi çox böyükdür.

- "Atletik"lə "İnter" arasında fərq ən çox nədən ibarətdir?
- Maliyyə fərqini nəzərdə tutmuram. Adicə İspaniya La Liqasıyla Azərbaycan Premyer Liqasını götürək. Bilbao təmsilçisi bu stadionda "Real" və "Barselona" kimi komandalara qaşı çıxış edir. Biz isə tam fərqli oyunlarda mübarizə aparırıq. Klubun tarixi bütün suallara cavab verir.

- Cavab matçında azarkeşləri nə gözləyir?
- Azarkeşlərimizə təşəkkür edirəm. Bizi doğma meydanda sona qədər dəstəkləyirlər. "Atletik"lə oyunda özümüzü göstərməyə çalışacağıq. Bakıdakı mübarizə də asan olmayacaq. Biz çalışacağıq müəyyən mənada bizi dəstəkləyən insanları razı salaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.