31 iyul 2015 00:20

Apollon - Qəbələ matçında qalmaqal: Kipr klubu ilə Cavid Hüseynov cəzalana bilər

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Kipr "Apollon"u arasında Larnakada keçirilmiş ilk oyunun sonu böyük qalmaqalla müşaiyət olunub. Azerisport.az xəbər verir ki, hər şeyə hakimin əlavə vaxt başlayan kimi meydan sahiblərinin qapısına penalti təyin etməsi səbəb olub.

Bu, həm Kipr təmsilçisinin futbolçularının, həm də stadiona toplaşan azarkeşlərinin böyük etirazına səbəb olub. Təxminən 3-4 dəqiqəlik mübahisələrdən və etirazlardan sonra hakimin təyin etdiyi penalti zərbəsini "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov dəqiqə yerinə yetirərək, hesabı bərabərləşdirib - 1:1.

Nə qədər təəssüfləndirici olsa da, Cavid 11 metrlik zərbəni vurandan sonra xoşagəlməz jest etməklə yerli fanatları və rəqib futbolçuları daha da özündən çıxarıb. Hakim isə meydana yad əşyaların atıldığını, meydana kənar şəxslərin daxil olduğunu görərək, matçı sona çatdırmadan futbolçuları paltardəyişmə otağına aparıb. Yeri gəlmişkən, bu vaxt tuneldə tərəflər arasında gərgin anlar da yaşanıb.

Təxminən 10-15 dəqiqəlik fasilədən sonra hakim futbolçuları yenidən meydana çıxarıb və əlavə vaxtın qalan 2-3 dəqiqəsini yekunlaşdırıb. Bu zaman ərzində qapılara qol vurulmadığından, "Apollon" - "Qəbələ" matçı elə 1:1 hesabı ilə yekunlaşdı. Amma stadionda baş verən olaylara görə Kipr təmsilçisinin UEFA tərəfindən sərt cəzalanağı şübhəsizdir. "Qəbələ" isə səfərdəki bu uğurlu nəticədən sonra doğma meydanda növbəti mərhələyə vəsiqəni təmin etməyə borcludur.

Sonda "Qəbələ"nin kapitanı Cavid Hüseynovun da qol vurduqdan sonrakı jestinə görə qitə futbol qurumu tərəfindən cəzalanması istisna deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.