30 iyul 2015 18:30

Həşimov: Seltik Zalsburqdan güclü komanda deyil

"Qarabağ"ın sabiq futbolçusu Zaur Həşimov Ağdam klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə qarşı ilk oyunda 0:1 hesablı məğlubiyyətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Ümid edirəm ki, "Qarabağ" "Seltik" səddini keçəcək. Amma bir şərtlə ki, Bakıdakı oyunda qol buraxmasın. Britaniyalılar "ikinci mərtəbə"dəki oyunlarına görə bütün dünyada fərqlənirlər. Bu üzdən cavab qarşılaşmasında yenidən standart vəziyyətlər zamanı qol buraxmamaq vacibdir. "Qarabağ"ın səfərdən heç-heçə ilə dönməsinə də bu mane oldu. Künc zərbəsi zamanı komandamız qol buraxdı. Mənə elə gəlir ki, "Seltik" "Qarabağ"ın vaxtilə qarşılaşdığı "Zalsburq"dan güclü komanda deyil. Ona da əminəm ki, "Qarabağ" Bakıda səfərdəki ilə müqayisədə daha yaxşı futbol sərgiləyəcək. Ev oyununda ajiotaj da böyük olacaq. Eyni zamanda komanda üzərində azarkeşlərin, jurnalistlərin təzyiqi də qaçılmaz olacaq. "Seltik" isə cavab görüşündə əks-hücumlara və standart vəziyyətlərə bel bağlayacaq. Ona görə bu məqamlara xüsusi diqqət ayırmaq lazımdır. Çox istərdim ki, bir həftə sonra "Qarabağ"ın ÇL-dəki növbəti rəqibindən danışaq. Məşqçilər korpusu və futbolçular bizi sevindirməyə çalışacaqlar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.