30 iyul 2015 17:15

Elnur Abdullayev: Atletik ilə heç-heçə əla nəticə olardı

"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Atletik"lə ilk oyunda sizdən nə gözləyək?
- Bizi çətin oyun gözləyir. Bunu "İnter"in hər bir futbolçusu dərk edir. İlk oyuna ciddi hazırlaşmışıq.

- Sizə elə gəlmir ki, Azərbaycan təmsilçiləri arasında ən çətin rəqib məhz sizə qismət olub?
- Elədir ki, var. Mən hətta deyərdim ki, Azərbaycan futbolu tarixində avrokuboklarda qarşılaşdığımız ən güclü rəqibdir. Bizi həm ağır, həm də maraqlı oyun gözləyir.

- "İnter" "Atletik"dən çəkinmir?
- Xeyr. Amma rəqib çox təhlükəli komandadır. Bunu danmaq olmaz. "Atletik" öz oyun üslubu və səviyyəsinə görə La Liqanın fərqlənən klublarındandır. Ona görə də onlara qarşı 100 yox, 200 faiz güc qoymaq lazımdır.

- "İnter"in Bilbaodan müsbət nəticə ilə qayıtması nə dərəcədə inandırıcıdır?
- Bu, futboldur. Burada hər şey mümkündür. Ümid edirəm ki, komandamız evə sərfəli nəticə ilə qayıda biləcək. Allah eləsin ki, buna nail olaq. Çox məsuliyyətli oyundur, bunu hamımız yaxşı başa düşürük.

- Şəxsən siz hansı nəticəyə ümid edirsiniz?
- Mənə elə gəlir ki, heç-heçə əla nəticə olardı.

- Sizə elə gəlmir ki, bu oyundan sürpriz gözləmək sadəlöhvlükdür?
- Futbolda sürprizlər həmişə olur. Həyatda hər şey mümkündür. Allah eləsin ki, "İnter"in buna gücü çatsın.

- "İnter" artıq maksimum vəzifənin öhdəsindən gəlib, ya Avroliqanın qrup mərhələsinə düşmək istəyirsiniz?
- Komandanın cəmi bir araya toplanıb, iki mərhələ keçməsinin özü artıq uğurdur. Amma biz daha yaxşı nəticələrə layiqik və uğurlarımızın davamını gətirmək istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.