30 iyul 2015 15:15

Qarabağın Seltiklə cavab matçı Bakı Olimpiya Stadionunda keçirilə bilər

Azərbaycan çempionu "Qarabağ"ın azarkeşlərindən biri AFFA prezidenti Rövnəq Abdullayevə açıq məktub yazıb. Azerisport.az xəbər verir ki, o, federasiya rəhbərliyindən Ağdam klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə qarşı cavab oyununun Tofiq Bəhramov adına respublika stadionundan Bakı Olimpiya Stadionuna keçirilməsini xahiş edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu mərkəzi arena ilə müqayisədə ikiqat artıq - 60 mindən çox azarkeş tutumuna malikdir. "Qarabağ" fanatı da komandanın "Seltik"lə cavab matçına marağın daha böyük olmasını nəzərə alaraq, matçın yerinin dəyişdirilməsini istəyib.

Xatırladaq ki, "Qarabağ" "Seltik"lə ötün gün keçirilən ilk oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşib. Cavab qarşılaşmasında isə komandamız mərhələ keçmək üçün 2 top fərqi ilə qələbə qazanmalıdır.

Sonda onu da vurğulayaq ki, "Qarabağ" "Tofiq Bəhramov"la yanaşı ikinci arena kimi "Bakcell Arena"nı sifariş edib. Bu üzdən də UEFA matçın keçirilmə yerini dəyişməyə bilər. Lakin işə AFFA rəhbərliyi qarışacağı halda hansısa nəticənin əldə olunması istisna deyil.

"Qarabağ"la "Seltik" arasındakı cavab matçı avqustun 5-də keçiriləcək və saat 21:30-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.