30 iyul 2015 14:30

Məhəmməd Mirzəbəyov: Yeni tarix yazmaq və azarkeşləri sevindirmək istəyirik

"Qəbələ"nin yarımüdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Qəbələ" Kipr səfərindən hansı nəticə ilə dönməyə ümidlidir?
- "Apollon"u keçməyə çalışacağıq. Baxmayaraq ki, rəqibimiz ciddi komandadır. Amma istənilən rəqibə qarşı oynamaq olar. Allah eləsin ki, yaxşı nəticə qazana bilək.

- "Qəbələ" artıq maksimum vəzifənin öhdəsindən gəlib, ya hədəf qrup mərhələsinə düşməkdir?
- Əlbəttə, "Qəbələ" özü üçün tarixi bir uğura imza atdı. Amma bununla kifayətlənmək olmaz. Azarkeşlərimizi sevindirməyə və tarix yazmağa davam etmək istəyirik.

- Tale Heydərov Serbiya "Çuçariçki"si ilə oyundan sonra futbolçulara mükafat söz vermişdi. Mükafatınızı amısınız?
- Açığını deyim ki, klub prezidenti mükafatın məbləğinin sürpriz olduğunu dedi. Sürprizi isə demək olmaz (gülür).

- Maraqlıdır, siz yığma komandada oynadığınız halda, klubunuzda az oyun şansı qazanırsınız...
- Bu, normal haldır. Baş məşqçimiz hər futbolçuya güvənir, şans verir. Əsas odur ki, komandamız uğur qazansın. Oynamıramsa, deməli, daha çox üzərimdə çalışmalıyam.

- Yeri gəlmişkən, yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri barədə nə deyə bilərsiniz?
- Maraqlı qrupdur. Üçüncü yer uğrunda mübarizə apara bilərik. Bütün rəqiblərlə oynamaq olar. Lakin almanlarla çox çətin olacaq. Bu komandanın son dünya çempionu olması hər şeydən xəbər verir.

- Sizcə, Azərbaycan bu qrupdan çıxa bilər?
- Hər şey ola bilər. Sadəcə, bundan ötrü əlimizdən gələn hər şeyi etməliyik. Baxmayaraq ki, çox çətin olacaq. Hər halda həmişə şans var.

- İlk oyun San Marinoya qarşı olacaq...
- Fikrimcə, qrupun ən zəifi olmasına baxmayaraq, bu komanda ilə də oyunumuz asan keçməyəcək. San Marinolular Yunanıstana qalib gəldilər. Futbolda hər şey olur.

- Deyəsən, Farer adalarını demək istəyirdiniz...
- Üzr istəyirəm, səhv saldım. İstənilən halda hər bir rəqibə ciddi yanaşmaq lazımdır.

- Sizə elə gəlmir ki, qrupumuzdakı digər komandalar Azərbaycana da San Marino kimi zəif rəqib gözü ilə baxırlar?
- Mənə elə gəlir ki, Azərbaycan Osloda Norveçlə heç-heçəyə nail olduqdan sonra (0:0) heç bir komanda bizə adi rəqib gözü ilə baxmaz. Həmin oyunda çox yaxşı oynadıq. Bu oyunları rəqiblər də izləyirlər. Onlar da başa düşürlər ki, bizimlə oyunlarda asan xal qazanmaq mümkün deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.