30 iyul 2015 14:00

Adil Şükürov: Toplanışı itkisiz başa vurduğumuzu deyə bilərəm

“Zirə”nin baş məşqçisi Adil Şükürov Türkiyə toplanışının yekunlarını dəyərləndirib, eləcə də Gürcüstanın "Samtredia" klubuna qarşı keçirdikləri son yoxlama oyununa dair fikirləriin açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları dilə gətirib:

“Bu oyunda da komandanın həyata keçirmək istədiyimiz taktikanı necə mənimsədiyini görməyə çalışdıq. Təbii ki, kollektivin az müddətdə bərabər olması anlaşma və taktiki gedişlərdə öz təsirini göstərir. Həmçinin, ümumi yüklənmə dövründəki yorğunluq da hiss olunurdu. Hazırlaşmaq üçün çox az vaxtımız olub. Ancaq ümumilikdə oyun planı və fiziki hazırlıq baxımından nəyəsə nail olduğumuzu deyə bilərəm. Heyətin tam formalaşması da müəyyən qədər vaxt apardı. Legionerlər toplanışın son günlərində bizə qoşuldular. Onlardan biri isə Bakıda komandanın düşərgəsində olacaq. Çalışacağıq ki, Premyer Liqanın startına qədər mümkün qədər yaxşı hazırlaşaq. Oyuna gəlincə, yoxlama görüşlərində nəticə önəmli deyil. Taktiki tapşırıqlarla yanaşı, futbolçulara mümkün qədər ehtiyatlı oynamağı tövsiyyə etmişdim. Qarşılaşmadan öncə də onlara dedim ki, burada nəticə önəmli deyil, siz mənə çempionatın startına tam hazır vəziyyətdə, zədəsiz lazımsınız. Kiçik zədələri nəzərə almasaq təlim-məşq toplanışını itkisiz başa vurduğumuzu deyə bilərəm”.

Qeyd edək ki, Ərzurum toplanışını başa vuran “Zirə” bu gün vətənə dönür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.