30 iyul 2015 13:15

Dedrik Boyata: Bakıdakı oyun üçün düzgün taktika seçməliyik

Şotlandiyanın "Seltik" klubunun belçikalı müdafiəçisi Dedrik Boyata Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib:

"Belə oyunlarda səfər qolunun nə qədər böyük önəm kəsb etdiyini yaxşı bilirdik. Ona görə də rəqibin qol vurmamasına çalışırdıq. Buna nail olduq. Komndamız qələbə qazandı və səfərə üstün yollanacağıq. Amma qarşıda daha bir matç var. Həmin oyunun daha çətin keçəcəyini bilirik".

Oyunda vurulmuş yeganə qolun müəllifi "Qarabağ"ın heç də sıradan rəqib olmadığını vurğulayıb: "Hələ oyundan öncə də bilirdik ki, "Qarabağ" topla oynamağı çox yaxşı bacarır. Onlar topu özlərində saxlamaqla yanaşı, hücum üçün yaxşı imkan ələ düşməsini gözləyirdilər".

Boyata Bakıda keçiriləcək vavab görüşündən də danışıb: "Rəqib komanda ev oyununda mütləq qol vurmağa çalışacaq. Buna görə bizə düzgün taktika seçmək vacibdir ki, lazım olan nəticəyə nail olaq. "Seltik" səfərdə qələbə qazanmaq üçün yetərli ustalığa malik komandadır".

Belçikalı futbolçu onu da bildirib ki, səfərdə çox diqqətli oynamalarına ehtiyac var: "90 dəqiqə ərzində nə baş verəcəyini bilmək olmur. Amma biz istənilən halda diqqətli oynayıb, evə müsbət nəticə ilə qayıtmalıyıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.