30 iyul 2015 12:45

Zirə Gürcüstan klubuna məğlub oldu

“Zirə” Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, sözügedən komanda son yoxlama oyununda Gürcüstanın güclülər dəstəsinin iştirakçısı “Samtredia” ilə qarşılaşıb.

Ötən mövsümü 6-cı sırada başa vuran rəqiblə oyuna start heyətində Anar Nəzirov, Adil Nağıyev, Yovan Krneta, Ruslan Poladov, Sadiq Quliyev, Tərzin Cahangirov, Luis Alberto Tato, Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Nicat Qurbanov və Rihairo Muelnes çıxıblar. Zədə üzündən Rəşad Abdullayev, Aleksandr Şemonayev və Kamal Bayramov bu qarşılaşmada forma geyinməyib.

Oyunun əvvəllərindən “qartallar” daha üstün görünsələr də, qol gürcülərdən gəlib. Hesabda geri düşən "Zirə" yarım saatın tamamında daha bir dəfə mərkəzə dəvət olunub. Bu dəfə rəqib penaltini dəqiq yerinə yetirib – 0:2. Hissənin sonları tamamilə “qartallar”ın üstünlüyü şəraitində keçib. Fasiələyə qədər hesab arasındakı fərqi minimuma endirmək də mümkün olub. Daha əvvəl Tatonun yerinə yetirdiyi cərimə zərbəsi zamanı qola imkan verməyən gürcü qapıçı bu dəfə baxımlı qola mane ola bilməyib - 1:2. Qarşılaşmanın 2-ci hissəsinə çox yaxşı başlayan “Zirə” ardıcıl bir neçə epizodda qol imkanını əldən verib. Tato isə dubla imza atmaq üçün yaxşı şansa malik olub. Ancaq ispaniyalı futbolçunun yerinə yetirdiyi penalti zərbəsini qapıçı dəf edə bilib. Ardından baş məşqçi Adil Şükürov aparıcı oyunçuları meydandan çıxararaq gəncləri mübarizəyə qoşub. Ərazi üstünlüyü və topa daha çox sahib olan tərəf "Zirə" olsa da, təcrübəsizlik öz sözünü deyib.

İkinci hissədə çərçivə istiqamətində yalnız bir zərbə endirən rəqib elə həmin vuruşla fərqi artırıb. Oyun “Samtredia”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.