30 iyul 2015 11:45

Deyla: Qarabağa qarşı onun meydanında mübarizə aparmaq heç bir rəqibə asan deyil

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Qələbə qazandığımız üçün çox şadam. Bizə qarşı çox yaxşı rəqib mübarizə aparırdı. Onlara qarşı oynamaq doğrudan da çətindir. Bu, bizim üçün heç də sürpriz olmadı. Çünki biz "Qarabağ"ın ötən Avropa Liqasının qrup mərhələsində necə uğurlu çıxış etdiyindən xəbərdar idik".

"Biz bu oyunda maksimum güc sərf etdik. Müdafiədə yaxşı oynadıq. Düzdür, birinci hissədə o qədər də sürətli futbol sərgiləmədik. Amma ikinci hissədə uşaqlar artırdılar. Topa daha çox nəzarət edirdik, rəqibi təzyiq altında saxlamağa çalışırdıq. Əlbəttə, bir yox, bir neçə, məsələn, üç qol vursaydıq, cavab qarşılaşmasına daha rahat yollana bilərdik. Minimal hesablı qələbə də bizə üstünlük verir. Lakin hələ cütün taleyini həll etməmişik".

"Burada başladığımız işi səfərdə tamamlamalıyıq. Növbəti həftə bizi Azərbaycanda çox çətin oyun gözləyir. "Qarabağ"la oynayan istənilən komandaya asan ola bilməz. Xüsusilə də onların meydanında. Amma ilk oyun göstərdi ki, biz ÇL-in qrup mərhələsinə düşə bilərik. Çünki sürətli, əks-hücum futbolu sərgiləyə bilirik, güclü müdafiə, yarımmüdafiə xəttimiz var. Bu gün mərkəz müdafiəçilərimiz möhtəşəm oynadılar. Mən futbolçularımıza inanıram".

"Favorit olduğumuzu dəqiq deyə bilmərəm. Amma növbəti mərhələyə yüksəlmək şansımız var".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.