31 iyul 2015 01:35

İnter Atletikə səfərdə məğlub oldu

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "İnter" də növbəti sınağına çıxıb

Premyer Liqanın son mövsümünün gümüş mükafatçısı Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Paytaxt klubu birinci təsnifat mərhələsində Albaniya "Laçi"sini (səfərdə 1:1, evdə 0:0), ardından isə İslandiya "Hafnarfyordur"unu mübarizədən kənarlaşdırmışdı. Bu dəfə isə "İnter" daha ciddi rəqiblə - İspaniya La Liqasında çıxış edən "Atletik"lə mübarizə aparır. İlk oyunu səfərdə keçirən təmsilçimizin İspaniyadan hansı nəticə ilə qayıdacağı maraqla gözlənilirdi. Təəssüf ki, bakılılar çətin səfərdə heç bir sürprizə imza ata bilmədilər. Erazonun dublu İspaniya klubuna inamlı qələbə qazandırdı. Hər halda "İnter" üçün bu 0:2-dən sonra Bakıda keçiriləcək cavab matçında vəziyyəti xeyrinə dəyişməsi çətin olacaq.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
(ilk oyun)
30 iyul

"Atletik" - "İnter" - 2:0 (1:0)
Qollar: Erazo, 12 (1:0). Erazo, 49 (2:0).
Sarı vərəqə: N.Kvekveskiri, 62.
Baş hakim: Stavros Tritsonis (Yunanıstan)
Bilbao. "San Mames" stadionu.

"Atletik": 13. Yaqo Herrerin, 16. Xabyer Eçeyta, 18. Karlos Qurpegi (k), 24. Mikel Balensyaqa, 5. Xavyer Erazo, 7. Benat Eçebarriya, 8. Ander İturraspe (3. Qorka Elustondo, 46), 10. Oskar de Markos, 14. Markel Susayeta (21. Borxa Viquera, 81), 11. İbay Qomes (23. Ager Akeçe, 70), 20. Arits Aduris.
Ehtiyat oyunçular: 1. Qorka İraisos, 4. Emerik Laport, 30. İniqo Lekue, 9. Kike Sola.
Baş məşqçi: Ernesto Valverde.
"İnter": 25. Səlahət Ağayev, 3. Xuanfran (30. Abbas Hüseynov, 46), 4. Laşa Kasradze, 5. Denis Silva, 14. Zurab Xizanişvili, 22. İlkin Qırtımov (10. Elnur Abdullayev, 87), 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 15. Stepan Polyak (20. Yuri Fomenko, 46), 24. Fuad Bayramov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 13. Mirsahib Abbasov, 19. Mirhüseyn Seyidov, 23. Dieqo Martins.
Baş məşqçi: Zaur Svanadze.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.