29 iyul 2015 20:30
Sumqayıt əvəzedici komanda ilə yoxlama oyunu keçirdi
Premyer Liqanın yeni mövsümü üçün hazırlığını davam etdirən "Sumqayıt" əvəzedici komanda ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Kapital Bank Arena"da baş tutan görüşdə əsas komanda 5:1 hesabı ilə qələbə qazanıb.
A komandadan qolları Vurğun Hüseynov, Ağabala Ramazanov, Slavik Alxasov, Murad Ağayev və Elnur Abdulov vurub, əvəzedicilərdən isə Əli Əlimərdanlı fərqlənib.
Qeyd edək ki, "Sumqayıt" FK son yoxlama oyununu avqustun 1-də səfərdə AZAL-a qarşı keçirəcək.
