29 iyul 2015 22:50

Ernesto Valverde: İnterlə oyundan yaxşı nəticə gözləyirəm

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inin rəqibi olan İspaniyanın "Atletik" klubunun baş məşqçisi qarşıdakı oyuna hazırlıq barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Bizim üçün mövsüm demək olar, indi başlayır. Hazırlıq plan üzrə keçib. İki yoxlama görüşü keçirmişik. Əlbəttə, həmin oyunlarda səhvlərimiz olub. Amma qarşıdakı oyuna tam hazırıq. Komanda tam hazır olması üçün bir neçə rəsmi görüş keçirməlidir. "İnter"lə matç ilk oyun olduğu üçün qələbə qazanmaq istəyirik".

Rəqib çalışdırıcı "İnter" haqda lazımi informasiyanı topladığını bildirib: "İnter"in oyunlarını izləmişik. Ötən mövsüm və çempionatdakı oyunlara da baxmışam. Komandada ciddi dəyişikliklər olub. Yeni futbolçular gəlib. "İnter" iki mərhələ keçib. Sözsüz ki, asan oyun olmayacaq. Rəqib iki mərhələ keçdiyinə görə yüksək əhvaldadır. Futbolçularıma inanıram. Ona görə yaxşı nəticə gözləyirəm".

Valverde oyunun gedişinə uyğun lazımi müdaxilə edəcəyini deyib: "Heyət artıq məlumdur. Amma onu sizə açıqlamayacağam. Oyunun gedişində lazım olsa, bəzi taktiki dəyişiklik edəcəyik. Hər bir rəqibə hörmətlə yanaşırıq. Bu gün "Atletik" favoritdir. Çünki təcrübəmiz böyükdür. Lakin futbolda səhv etmək olmaz. Doğma azarkeşlər önündə yalnız qələbə bizi razı salacaq".

"Hesabın önəmi yoxdur. Çox istərdim səfərə rahat yollanaq. Çünki, Bakıda bizi hansı oyun gözləyəcəyini demək çətindir. "İnter" evdə daha rahat oynayacaq. Ona görə növbəti mərhələnin məsələsini müəyyən mənada həll etmək vacibdir. Azarkeşlərdən dəstək gözləyirəm. Mövsümdə ilk oyunumuzdur. Hücum futbolu oynayacağıq".

"İnter"in heyətində olan futbolçular haqda geniş məlumat yoxdur. Bilirəm ki, bir neçə legionerləri var. Orta xəttdə yaxşı təsir bağışlayırlar. Bütün komandaya qarşı oynayacağıq. Rəqibi meydanda görəcəyik. Videoyazılara baxmaq ayrıdır. Rəqibi meydanda görmək fərqlidir. "Atletik" favoritdirsə, bunu sübut etməlidir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.