29 iyul 2015 20:00

Rauf Əliyev: Bir mərhələ keçəcəyimizə inanmırdıq, indi pley-off haqda düşünürük

"İnter"in futbolçusu Rauf Əliyev Bilbaoda keçirilən ilk məşqdən sonra azerisport.az-ın suallarına cavab verib.

- "İnter" üçüncü mərhələdəki oyuna hazırlaşır. "Atletik" haqda fikirlərin necədir?
- Qitənin güclü klublarından birinə qarşı oynayacayıq. Sözsüz onlar favoritdir. "Atletik" üçün bizmlə matç ilk rəsmi oyun olacaq. Onlar çalışacaqlar qələbə qazansınlar. Bununla belə "İnter" bütün gücünü göstərmək niyyətindədir. Artıq bu mərhələdə itirəcəyimiz elə bir şey yoxdur.

- Cari mövsüm "İnter" tarixində ilk dəfə iki mərhələ keçdi. Bu maksimumdur?
- İlk dəfə məşqlərə başlayanda bir mərhələ keçmək barədə düşünə bilmirdik. Məşqlərə gec başladıq. Plan üzrə hazırlıq keçə bilmədik. Amma indi iki mərhələni arxada qoymuşuq. İştah diş altındadır. O mənada indi pley-offda oynamaq istəyərdik. Əlbəttə, bəlkə bu çoxları üçün real deyil. Amma komanda olaraq məğlubiyyət barədə düşünmürük.

- "Atletik"ə qarşı şanslar necədir?
- "İnter" hər zaman yaxşı oynamağa çalışıb. Proqnoz söyləməyi sevmirəm. İslandiyada qələbə qazanacağımızı gözləmirdilər. Amma biz səfərdə 2-1 hesabla qalib gəldik. Bakıda hamı deyirdi ki, rahat olacaq. Nəticədə çətinliklə lazımi nəticəni əldə etdik. O mənada nə baş verəcəyini söyləmək düzgün olmaz.

- "Atletik"in hansı oyununa baxmısan?
- Son olaraq bir neçə oyununu internetdə izləmişəm. Çox yaxşı heyətə malikdir. Futbolçuların çoxu bir neçə ildir komandada çıxış edir. Sürətli hücumları var. Müdafiədə səhvə yol vermək olmaz. "Atletik" səhvləri bağışlamır. Etiraf edək ki, bu bəlkə də ən çətin oyunumuz olacaq.

- "Atletik"in baş məşqçisi "İnter" haqda xoş sözlər deyib. Yəqin bu komandanı arxayınlaşdırmaq üçün səsləndirilib...
- Bilbao klubunun baş məşqçisindən xoş sözlər eşitmək yaxşı haldır. Fikrimcə o komandasının arxayınlaşmasından çəkinir. "Atletik"in heyətində olan futbolçular peşəkardır. Onlar hər bir oyuna ciddi hazırlaşır. Ona görə arxayınçılıqdan söz ola bilməz. Bəlkə Valverde sadəcə olaraq peşəkar danışıb.

- "İnter" üçün hansı nəticəni səfərdə qənaətbəxş saymaq olar...
- "Atletik"in rəqib olması yaxşıdır. Həm klub, həm də futbolçu olaraq adlı-sanlı rəqibə qarşı oynamaq vacibdir. Belə oyunlardan çox şey öyrənmək olar. "İnter" rəqibdən çəkinmir, biz Bakıya yaxşı nəticəylə qayıtmaq üçün 90 dəqiqə mübarizə aparmağa hazırıq. Bizdən uğur gözləmirdilər, amma hamını sevindirdik. İndi çalışacayıq uğurun davamını gətirək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.