29 iyul 2015 19:00

Neftçi zəhərlənmə hadisəsi ilə bağlı bəyanat yaydı

"Neftçi" PFK klub saytı vasitəsilə bəyənat yayıb. Azerisport.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:

"Hörmətli futbol ictimaiyyəti, əziz azarkeşlər və media nümayəndələri. “Neftçi”də kütləvi zəhərlənmə xəbəri bizi sevən hər kəsi narahat etməyə bilməzdi. Heç bir mənbəyi olmayan, qarşı tərəfin münasibəti öyrənilmədən yayılmış bu xəbərin nəyə və hansı maraqlara xidmət etdiyini bilmirik. Lakin onu deməyə məcburuq ki, peşəkarlığa yaraşmayan tərzdə yayılmış xəbər bir çoxlarının narahatlığına səbəb olub. Qəti şəkildə bəyan edirik ki, son dövrlərdə “Neftçi” PFK-da nəinki kütləvi şəkildə, ümumiyyətlə zəhərlənmə halı qeydə alınmayıb. Təəssüflər olsun ki, bəzi mətbu orqanlar maraqlı olan insanlara bilərəkdən və ya bilməyərəkdən xidmət edərək heç bir sübutu olmayan, uydurma faktları dərc ediblər. Bu isə “Neftçi” PFK-nı sevən hər kəsin təşvişinə səbəb olub. Maraqlıdır, bu xəbər yoldaşlıq oyunu olmasına baxmayaraq, komandamızın yeni heyətlə ilk qələbəsini qazandıqdan dərhal sonra mətbuata ötürülüb. Cəfəngiyyat dolu məlumatlara inanmayan, əsl peşəkarlıq göstərərək yalan xəbərə yer ayırmayan bütün media orqanlarına təşəkkürümüzü bildiririk".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.