29 iyul 2015 17:30

İlqar Qurbanov: Qarabağ üçün Qlazqoda qol vurmaq çox vacibdir

"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Səfər oyununda hansı nəticəyə ümid edirsiniz?
- "Seltik" barədə artıq sözə ehtiyac yoxdur. Çünki bu komandanın gücü hər kəsə bəllidir. Bunu Avropa arenalarında dəfələrlə sübut edib. Böyük tarixə malik klubdur. Bizi çox ağır oyun gözləyir. Hər halda Çernoqoriya "Rudar"ı ilə görüşlərdən daha çətin olacaq.

- İlk matçın səfərdə olması sizin üçün üstünlük sayıla bilər?
- Rəqibin "Seltik" olduğunu nəzərə alsaq, heç bir üstünlükdən söhbət gedə bilməz. Bu üzdən də ilk matçın səfərdə və ya evdə olması arasında fərq yoxdur. İstənilən halda bizə çətin olacaq.

- Amma "Seltik" əvvəlki qədər nəhəng klub təsiri bağışlamır...
- Mən elə deməzdim. Onlar bu gün də əvvəlki qədər qorxuludurlar. Əla komandaları var, üstəlik, yeni transferlər də ediblər. Həmişəki kimi, bu mövsüm də iddialıdırlar.

- "Qarabağ" Qlazqoda necə oynayacaq?
- Qol vurmağımız çox vacibdir. Allah eləsin ki, sərfəli nəticə əldə edək.

- "Seltik"in baş məşqçisi Ronni Deyla bəyan edib ki, ÇL-in qrup mərhələsinə vəsiqə qazanmağa iddialıdırlar...
- O, baş məşqçidir və istədiyini deyə bilər. Amma sonda necə olacağını oyunlar göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.