29 iyul 2015 14:45

İsli Hidi: Qəbələnin hər iki halda vəziyyəti xeyrinə dəyişməsi onun gücündən xəbər verir

Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Kiprin "Apollon" klubunun qapıçısı İsli Hidi Larnakada keçiriləcək ilk oyun ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.

- "Qəbələ"nin "Çukariçki" ilə oyunlarının videoyazısına baxmısınız?
- Xeyr. Amma baxacağıq.

- "Qəbələ" səfərdə uduzsa da, evdə 2:0 hesabıyla qalib gəlib, mərhələ keçdi. Bu, sizi narahat etmir?
- "Qəbələ" həm birinci, həm də ikinci təsnifat mərhələsində səfərdə uduzduğu halda, ev oyununda vəziyyəti xeyrinə dəyişə və mərhələ adlaya bilib. Bu, rəqibin gücündən xəbər verir. Buna görə də bizim "Qəbələ"yə hörmətlə yanaşmağımız lazımdır. Amma bizim də öz hədəflərimiz var. Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bunun üçün də sonadək mübarizə aparmağımız lazımdır. Fikrimcə, bizi "Qəbələ" ilə çox ağır və maraqlı mübarizə gözləyir.

- "Qəbələ" barədə nələri bilirsiniz?
- Elə də ətraflı məlumatım yoxdur.

- "Qəbələ" və "Apollon"un qrup mərhələsinə vəsiqə qazanmaq şanslarını necə qiymətləndirirsiniz?
- Daha güclü olan öz hədəfinə çatacaq.

- Azərbaycanda həmyerliniz Ansi Aqolli çıxış edir. Digər həmyerliniz Admir Teli də bu yay ölkəmizi tərk etdi. Onlardan "Qəbələ" haqda soruşmusunuz?
- Ansiylə danışmışam. Bilirəm ki, rəqibimizin heyətində braziliyalı futbolçular var. Ansi onu da bildirdi ki, "Qəbələ" yaxşı futbol sərgiləyir.

- Hansısa futbolçusunu dəqiq tanıdıyırsınız?
- Aleksey Qayı tanıyıram. Onu dərhal xatırladım. "Şaxtyor"da oynayıb, güclü futbolçudur.

- "Apollon" güclü və iddialı klubdur. Komandanız "Qəbələ" səddini keçə bilməsə, bu, sizin üçün faciə sayılacaq?
- İndi klublar arasında elə də ciddi fərq yoxdur. Bütün klublar inkişafdadırlar, uğur qazanmaq istəyirlər. "Apollon" son iki ildə avrokuboklarda uğurlu çıxış edib. Bu mövsüm də uğur qazanmaq istəyirik.

- İlk oyunun Kiprdə keçirilməsinin sizin üçün hansı üstünlük və çatışmazlıqları var?
- Bizim üçün heç bir fərqi yoxdur. Hər iki görüşdə özümüzü yaxşı tərəfdən göstərməyimiz vacibdir. Çünki "Qəbələ" ilə 90 yox, 180 dəqiqə mübarizə aparacağıq. Hətta ola bilər ki, əlavə 30 dəqiqə də oynayaq. Ona görə də ilk oyunun harada keçirilməsinin önəmi yoxdur. Vacib olan hər iki görüşdə müsbət nəticə qazanmaqdır.

- Ev oyununda sizi hansı nəticə qane edəcək? 1:0 və ya 2:0 hesablı qələbə sizi növbəti mərhələyə çıxara bilər?
- Oyundan öncə danışmaq asandır. Amma arzuları meydanda gerçəkləşdirmək çox çətindir. İndidən heç kim hansı hesabın qeydə alınacağını deyə bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.