29 iyul 2015 14:30
Samir Əliyev: Yenə də xeyli qol vəziyyətini boşa verdik
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Türkiyə toplanışı çərçivəsində Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Faysali" klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları söyləyib:
"Komandamız yaxşı matç keçirdi. Oyunçuların çatışmazlıqlarını gördük. Hər oyunda olduğu kimi, bu dəfə də xeyli qol vəziyyətini boşa verdik. Amma şadam ki, futbolçularımız xarakter nümayiş etdirərək əlavə vaxtda qələbə qolunu vura bildilər".
